ELM VƏ TƏHSİL
DİM 14 və 15-ci qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlərə müraciət edib
Bakı, 14 iyun, AZƏRTAC
Bakıda fəaliyyət göstərən 14 (dizayn) və 15-ci (dekorativ tətbiqi sənəd) qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.
İmtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).