Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

DİM: IAEA 2019 çərçivəsində konfrans öncəsi praktik məşğələlər keçirilib VİDEO

Bakı, 22 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 22-27-də keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı (IAEA 2019) çərçivəsində yerli mütəxəssislərin də cəlb olunduqları praktik məşğələlər (Pre-Conference Workshops) keçirilib. Builki konfrans “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, praktik məşğələlərdən biri Niderlandın Cito qiymətləndirmə təşkilatının beynəlxalq layihələr üzrə baş məsləhətçisi Niko Diterenin təqdimatında "XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkil olunması” mövzusuna həsr edilib.

Bu məşğələ orta məktəb müəllimlərinə müxtəlif təhsil sahələri (oxu, riyaziyyat və təbiət elmlərində) kontekstində öz təcrübələrini tədris və funksional savadlılığı qiymətləndirmək istiqamətlərində yeniləməyə kömək edən təlim kursu qismində təqdim olunub. Məşğələnin əhəmiyyəti iştirakçıların təhsil alanlara necə dəstək olmaq barədə məlumat əldə etməsindədir. Bu qəbildən olan məlumatlara öz təcrübə sahəsi/mövzusu ilə əlaqəli funksional kontekstlərdən istifadə etməklə qiymətləndirmələrdə iştirak etmək, daha yüksək düşünmə bacarıqlarının niyə, nə vaxt və necə qiymətləndirilməsinə xüsusi diqqət yetirmək, funksional savad üçün PISA beynəlxalq qiymətləndirmə çərçivəsində müəyyənləşdirilmiş (məsələn, bacarıqlarla əlaqəli funksional savadlılığı qiymətləndirən) qapalı və açıq suallardan ibarət kontekstual tapşırıqlarla məşğul olmaq məsələləri daxildir.

Təlim proqramı iştirakçılarda funksional savadı tədrisə inteqrasiya edə bilmək, funksional savadın qiymətləndirilməsi üçün tapşırıqlar hazırlaya bilmək keyfiyyətini də formalaşdırır. Bununla yanaşı, funksional savadı qiymətləndirən tapşırıqların həlli yollarını başqalarına izah etmək bacarığı aşılayır.

Beləliklə, seminarda funksional savad anlayışı, onun fərqli xüsusiyyətləri, habelə PISA beynəlxalq qiymətləndirmə tədqiqatının özəlliyi haqqında məlumat verilib.

İştirakçılar kiçik qruplarda praktik işə yönləndirilib ki, bu da digər mütəxəssislərlə təcrübə, görüş və fikir mübadiləsi apararaq bilik və təcrübə əldə edilməsində faydalıdır.

Seminar yüksək səviyyəli testlərdə düşünmə bacarıqlarını qiymətləndirən test elementlərinin inkişafı haqqında daha çox məlumat əldə etmək istəyənlər üçün önəmlidir.

Qeyd edək ki, Niko Diteren iqtisadiyyat, coğrafiya və sosial elmlər sahəsində peşəkar testlərin işlənib hazırlanması işində təcrübəyə malikdir. İctimai elmlər və incəsənət üzrə orta məktəb buraxılış imtahanları şöbəsinin müdiri olub. Testlərin işlənib hazırlanması və predmetlərin yaradılmasına dair bütün məsələlər üzrə müəllim və mütəxəssislərin təcrübəli təlimçisidir. Funksional savadlılığın (riyaziyyat və təbiət elmləri) qiymətləndirilməsi sahəsində ixtisaslaşıb. İqtisadi coğrafiya ixtisası üzrə iqtisadiyyat və coğrafiya magistridir. 2014-cü ildən Avropa Təhsilin Qiymətləndirilməsi Assosiasiyasında (AEA-E) təcrübəçi qismində akkreditə olunub.

“Qiymətləndirmə ədalətlidirmi” mövzusunda ikinci praktik məşğələ Kembric Universitetinin Qiymətləndirmə departamentinin təcrübəsi əsasında təşkil edilib. Praktik məşğələ İsabel Nisbet və Stüart D.Şou tərəfindən təqdim edilib. Seminar Kembric Universitetinin Qiymətləndirmə departamentinin konsepsiyalarını konkret nümunələr və tematik tədqiqatlar əsasında təsvir etmək üçün mütəxəssislərin müxtəlif mənbələrdə, fənlərdə, yurisdiksiyalarda mühüm materiallara əsaslanan ədalətli qiymətləndirmə tədqiqatı nəticələri üzərində cəmlənib. Seminar giriş və qrup diskussiyasına bölünən dörd hissədən ibarət olub. Konseptual girişdən sonra “ədalət”in altı fərqli istifadə variantları təhlil edilib. Şəxsə və ya qrupa ədalət məsələsi qoyulub, habelə ədalətə təhsilin ölçülməsi və qiymətləndirmə prizmasından baxılıb. Eləcə də qiymətləndirmənin ədalətli olması hüquqi, fəlsəfi kontekstdə, sosial islahatlara töhfə kimi nəzərdən keçirilib.

Seminarın strukturu və məzmunu intellektual fənlər və təcrübələrin geniş spektrini əhatə edir. Tələbə, müəllim və qiymətləndirmə mütəxəssisləri ilə bu cür iş aparılması nəticəsində müxtəlif fənləri birləşdirən təhsil mövzularına əhəmiyyətli dərəcədə maraq yaranır ki, bu da sosial ədalət və dövlət siyasəti haqqında daha çox suallar doğurur. Seminar təhsildə ölçmə və qiymətləndirmə sahəsində aspirantlar üçün, qiymətləndirmə agentliklərində təcrübəçi-mütəxəssislər üçün əsas resurs mənbəyidir.

İsabel Nisbet Qlazqo və Oksfordda fəlsəfə sahəsində təhsil alıb, Böyük Britaniyada dövlət idarələrində işləyib. Ombudsmanın müavini kimi tibbi xidmət sahəsində şikayətləri araşdırıb. Sonra Baş Tibbi Şuranın direktoru olub. Diplomsonrası Tibb Təhsili Şurası yaradıb və ona rəhbərlik edib. 2005-ci ildə İxtisaslaşma və Tədris Proqramları İdarəsində tənzimlənmə və standartlar üzrə direktor işləyib, İngiltərədə imtahanlar və ixtisaslaşma üzrə müstəqil tənzimləyici “Ofqual” şirkətini yaradıb və ona rəhbərlik edib. 2011-2014-cü illərdə Kembric beynəlxalq imtahanlarını Cənub-Şərqi Asiya üzrə Sinqapurda təmsil edib. Hazırda İngiltərə və Uels universitetlərində direktorlar şurasında, Böyük Britaniya hökumətində etik məsələlər, rəqəm və statistika komitələrində fəaliyyət göstərir. Kembric Universitetinin pedaqogika fakültəsində müəllimdir. Kembric Qiymətləndirmə departamentinin keçirdiyi bütün tədbirlərdə, kurslarda iştirak edir.

Stüart D.Şou 2001-ci ildən Kembric Qiymətləndirmə departamentində çalışır. O, ingilis dili ikinci dil olduğu sahə üzrə yazı işlərinin qiymətləndirilməsi, testin işlənib hazırlanması, yenidən baxılması, yeni test ssenarilərinə qiymətləndirmə prosedurunun tətbiqi, imtahanlarla bağlı ən son yeniliklərin paylaşılmasında qabaqcıl təcrübəyə malikdir. Jurnallarda çoxsaylı məqalələri dərc edilib. Avropada Təhsilin Qiymətləndirilməsi Assosiasiyasının və Kral Təhsilin Qiymətləndirilməsi İnstitutunun üzvüdür.

Növbəti - üçüncü praktik məşğələ “İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi” mövzusunda Niderlandın RCEC Mərkəzinin (İmtahan və Sertifikat Tədqiqat Mərkəzi) direktoru Arnold Brauer tərəfindən təqdim edilib. Bu sistem keyfiyyətli imtahan məhsulunun yaradılmasında istifadə olunan standartlar, mövcud imtahan məhsullarının keyfiyyətini yoxlamaq üçün meyarlar haqqında təsəvvür yaradır, keyfiyyətli imtahan məhsullarının seçilməsində, təşkilati və psixometrik aspektlərin qiymətləndirilməsini zəruri edir. Seminarda RCEC sistemi, onun meyarları və alt suallar üzrə ətraflı məlumat verilib, sistemin təcrübədə funksiya və metodlarını izah edən misallar gətirilib.

Praktik məşğələdə iştirakçılar RCEC icmal sisteminin müxtəlif aspektləri ilə tanış olublar. Kiçik qruplarda iştirakçılar real imtahan məhsullarında ingilis dilindən test materiallarının keyfiyyətini qiymətləndiriblər. Bu zaman şablon və təlimatlar paylanıb, iki çalışma təqdim olunub. Birinci çalışmada iştirakçıların diqqəti imtahan məhsullarının predmet və təşkilati aspektlərinin keyfiyyətinin nəzərdən keçirilməsinə yönəldilib. İkinci çalışmada imtahan məhsullarının psixrometrik aspektlərinin keyfiyyətinin qiymətləndirilməsi təqdim edilib. Bu seminar keyfiyyətli imtahan məhsullarının yaradılması, nəzərdən keçirilməsi və seçilməsi haqqında daha geniş məlumat əldə etmək istəyənlər üçündür. Ekspertizada iştirak edənlər öz test və imtahanlarını RCEC-in elmi cəhətdən əsaslandırılmış keyfiyyət standartlarına uyğunlaşdırmaq üçün RCEC-in yoxlama sistemindən istifadə edə bilərlər. Bu sistem, həmçinin testlərdən istifadə edən hər kəsə, o cümlədən müəllimlərə, məktəblərə, kommersiya təhsili/ixtisas təkmilləşməsi, imtahan komitələrinə ən yaxşı test və imtahan məhsulu seçməkdə kömək edə bilər.

Arnold Brauer təhsil ölçmələri və psixoloji testləndirmə üzrə ekspertdir. Bundan əlavə, Tvente Universitetində Tədqiqatlar, ölçmələr metodologiyası və məlumatlar təhlili şöbəsinin dəvətli elmi işçisidir. O, STM (istedadların sistemli-yönəlmiş idarə edilməsi) üzrə doktorluq dərəcəsi alıb. Bu metod insan istedadını həm psixoloji, həm də idarəetmə baxımından bizneslə əlaqələndirməyə imkan yaradır.

Qeyd edək ki, konfransın rəsmi açılış mərasimi sentyabrın 23-də saat 9:00-da “Fairmont Baku” otelində keçiriləcək. Daha sonra konfrans otelin müxtəlif zallarında bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır və saat 17:30-dək davam edəcək. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək. Sentyabrın 27-də isə konfrans (Post-Conference Workshops) sonrası praktik məşğələlər keçiriləcək.

Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək.

IAEA ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.

IAEA 2019-da Azərbaycanla birgə 55 ölkədən 300-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur.

Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Educational Assessment) “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” mövzusunda 33-cü Beynəlxalq Konfransının da təşkilatçısı olub, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.

DİM: IAEA 2019 çərçivəsində konfrans öncəsi praktik məşğələlər keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək