CƏMİYYƏT


DOST könüllülərindən möhtəşəm Qələbəmizlə bağlı maraqlı addım

Bakı, 10 noyabr, AZƏRTAC

Xalqımız Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və yenilməz Ordumuzun əldə etdiyi möhtəşəm Qələbənin sonsuz sevincini, qürurunu yaşayır. 30 ilə yaxındır erməni faşizminin əsarətində olan doğma torpaqlarımız işğaldan azad edildi, Vətənimizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı öz torpaqlarına sıx bağlılığını və o torpaqlarının əzəli-əbədi sahibi olduğunu, gücünü, sarsılmaz iradəsini, düşmənin başına yumruq kimi enərək mütləq Qələbəni təmin edən dəmir kimi möhkəm birliyini bütün dünyaya nümayiş etdirdi.

Bu möhtəşəm tarixi zəfər günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST könüllüləri də ölkədə yaşanan ümumxalq qalibiyyət ruhuna və bayram əhval-ruhiyyəsinə uyğun maraqlı addım atdılar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlar tarixə qızıl hərflərlə yazılan Qalibiyyətin bitib-tükənməz fərəhi ilə “QƏLƏBƏ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!” deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.