Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DÖVLƏT ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə verilən güzəştlərin həyata keçirilməsinin təmin edilməsi, habelə dövlət əmlakının satışının yeni mexanizmlərinin müəyyən edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 606; 2001-ci il, № 10, maddə 640; 2002-ci il, № 4, II kitab, maddə 189, № 10, maddə 592; 2003-cü il, № 10, maddələr 566, 569; 2004-cü il, № 6, maddə 432; 2005-ci il, № 5, maddələr 400, 403, 405; 2006-cı il, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007-ci il, № 11, maddə 1097, № 12, maddə 1246; 2008-ci il, № 7, maddə 613; 2009-cu il, №03, maddə 163) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. 4.2.4-cü bəndin 4-6-cı abzasları müvafiq olaraq 5-7-ci abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda 4-cü abzas əlavə edilsin:

“Özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin güzəştli satışa çıxarılmış səhmlərinin sayı güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə bir nəfərin əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir. Güzəştli satışda iştirak edən hər bir şəxs almaq istədiyi sayda səhmlərin nominal dəyərinin 30% güzəşt edilmiş məbləği həcmində ödəniş edir. Həmin məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir.”.

1.2. 4.2.5-ci bəndin 4-6-cı abzasları müvafiq olaraq 5-7-ci abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda 4-cü abzas əlavə edilsin:

“Özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektin ilkin (start) qiymətinin güzəştli satışa yönəldilən hissəsinin 70% güzəşt edilmiş məbləği güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə hər bir işçinin bərabər həcmdə tam ödəyəcəyi məbləğ və ona müvafiq əldə edəcəyi əmlak payı müəyyən edilir. Həmin məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir.”

1.3. 5.8-ci bənd üzrə:

1.3.1. “c” yarımbəndində “hərraclarına” sözündən sonra “(özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarına)” sözləri əlavə edilsin;

1.3.2. 5-ci abzasda “ixtisaslaşdırılmış çek hərraclarına” sözlərindən sonra “(özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarına)” sözləri əlavə edilsin.

1.4. 7.2-ci bənddən “(dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı halda II Dövlət Proqramının 5.8-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulan səhmlər ixtisaslaşdırılmış pul hərracında satılır)” sözləri çıxarılsın.

1.5. 14.1-ci bəndə “qəbul edilir” sözlərindən sonra “və silinir” sözləri əlavə edilsin;

1.6. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Qəbul edilərək silinmiş özəlləşdirmə çekləri və opsionları Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi 3 (üç) nəfər Əmlak Məsələləri Dövlət Komitəsinin və 2 (iki) nəfər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən ləğv edilir.”.

2. Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr 432 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844; 2001-ci il, № 7, maddə 470, № 10, maddə 640; 2002-ci il, № 12, maddə 725; 2003-cü il, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004-cü il, № 9, maddə 678; 2005-ci il, № 5, maddə 400; 2006-cı il, № 7, maddə 590; 2007-ci il, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008-ci il, № 7, maddə 613; 2009-cu il, № 3, maddə 163) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.1. “Dövlət özəlləşdirmə opsionları haqqında Əsasnamə”nin 10-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“Qəbul edilərək silinmiş özəlləşdirmə opsionları Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi 3 (üç) nəfər Əmlak Məsələləri Dövlət Komitəsinin və 2 (iki) nəfər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən ləğv edilir.”.

2.2. “Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları”nın 1.3-cü bəndinin 2-ci abzası aşağıdakı redaksiyada verilsin:

“Özəlləşdirmə çeklərinin tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra, özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmləri və ya səhm zərfləri “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”na müvafiq olaraq satılır.”.

2.3. “Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə”nin 4.2-ci bəndinin 4-7-ci abzasları müvafiq olaraq 5-8-ci abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda 4-cü abzas əlavə edilsin:

“Özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin güzəştli satışa çıxarılmış səhmlərinin sayı güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə bir nəfərin əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir. Güzəştli satışda iştirak edən hər bir şəxs almaq istədiyi sayda səhmlərin nominal dəyərinin 30% güzəşt edilmiş məbləği həcmində ödəniş edir. Həmin məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir.”.

2.4. “Dövlət müəssisəsini özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 5.9-cu bəndində “əmək kollektivinə dövlət özəlləşdirmə payları (çekləri) müqabilində” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

3. “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları” təsdiq edilsin (əlavə olunur).

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin