REGİONLAR
DÖVLƏT PROQRAMININ REALLAŞMASI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bölgənin aqrar sahədə çalışan alim və mütəxəssislərinin, fermer təsərrüfatları rəhbərlərinin iştirak etdiyi tədbirdə kənd təsərrüfatı naziri vəzifəsini icra edən İrşad Əliyev proqramın mahiyyətini açıqlamış və onun həyata keçirilməsi üçün görülən və görülməsi vacib olan işlərdən danışmışdır.
Sonra mütəxəssislər və fermerlər qarşılaşdıqları problemləri açıqlamışlar.
Canlı dialoq şəklində keçən müşavirədə qeyd edilmişdir ki, texnikanın çatışmazlığı, yüksək kondisiyalı toxumların azlığı, heyvandarlıqda seleksiya-damazlıq işlərinin nəzarətsiz buraxılması, istehsal olunan məhsulların emalı və saxlanması işinin zəif qurulması bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafına mane olan əsas amillərdir. Axırda İrşad Əliyev müşavirənin işinə yekun vuraraq, söylənən irad və təkliflərin hazırlanan tədbirlər planında öz əksini tapacağını iştirakçıların nəzərinə çatdırmışdır.