Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DÖVLƏT QULLUĞUNA DAİR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 581; 2003-cü il, № 8, maddə 441; 2005-ci il, № 12, maddə 1111; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 620 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 6-cı bəndinin ikinci abzasından “avtobioqrafiya,” sözü çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 583; 2003-cü il, № 8, maddə 441; 2005-ci il, № 12, maddə 1111) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nın 4-cü bəndinin üçüncü cümləsi çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 342 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1111) 4-cü bəndi çıxarılsın və 5-ci bəndi 4-cü bənd hesab edilsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin