Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DÖVLƏT SİRRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ BƏZİ QANUNVERİCİLİK AKTLARININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 17, maddə 232; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 444; 2001-ci il, № 11, maddə 683; 2002-ci il, № 8, maddə 463; 2004-cü il, № 1, maddə 10) 11-ci maddəsinə aşağıdakı məzmunda 12-ci bənd əlavə edilsin:

“12) hərbi vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi.”.

II. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddələr 70, 72; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152; Azərbaycan Respublikasının 2005-ci il 1 sentyabr tarixli, 980-IIQD nцmrəli Qanunu) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1. 1-ci maddədə:

1.1. birinci hissənin 1-ci bəndində “dövlət sirri və ya” sözləri çıxarılsın;

1.2. maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin və ikinci hissə üçüncü hissə hesab edilsin:

“Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.”.

2. 9-cu maddənin ikinci hissəsində “1-3-cü bəndlərində” sözlərindən sonra “və ikinci hissəsində” sözləri əlavə edilsin.

III. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli, 928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 71; 2001-ci il, № 11, maddə 674; 2002-ci il, № 7, maddə 395; 2004-cü il, № 4, maddə 199) 2-ci bəndinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. Bəndin ikinci abzasından “dövlət sirri və ya” sözləri çıxarılsın.

2. Bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və üçüncü və dördüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilsin:

“Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.”.

IV. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 414; 2004-cü il, № 7, maddə 505) 14-cü maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dövlət sirri təşkil edən məlumatları əks etdirən ixtiralardan istifadə etmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.”.

V. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli, 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 136; 2001-ci il, № 11, maddə 669; 2002-ci il, № 6, maddə 328) 27-ci bəndinin birinci abzasından “dövlət sirri və ya” sözləri çıxarılsın.

VI. “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 443; 2004-cü il, № 1, maddə 6, № 2, maddə 57) 22-ci maddəsinin ikinci hissəsində “ötürülməsi” sözü “verilməsi” sözü ilə əvəz edilsin.

VII. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 404; 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 2, maddə 57, № 4, maddə 199) 16-cı maddəsinin üçüncü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu müddət müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər.”.

VIII. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 612; 2002-ci il, № 5, maddə 250, № 6, maddə 328; 2004-cü il, № 3, maddə 133; Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli, 1022-IIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 14-cü maddədə:

1.1. VIII hissədə “həyata keçirilməsi” sözlərindən sonra “, habelə əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar” sözləri əlavə edilsin;

1.2 X hissədə “və ya qanunda birbaşa nəzərdə tutulmuş“ sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada və” sözləri ilə əvəz edilsin.

2. 20-ci maddənin III hissəsində “razılığı olduqda” sözlərindən sonra “qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda” sözləri əlavə edilsin.

IX. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323, № 12, maddə 835; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278) 10.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.”.

X. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cь il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692; Azərbaycan Respublikasının 2005-ci il 1 sentyabr tarixli, 981-IIQD, 983-IIQD nömrəli, 20 sentyabr tarixli, 990-IIQD, 991-IIQD, 994-IIQD nömrəli, 30 sentyabr tarixli, 1020-IIQD nömrəli, 21 oktyabr tarixli, 1030-IIQD, 1038-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 181-2-ci maddə əlavə edilsin:

“Maddə 181-2. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin

açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması

Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə -

vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.”.

XI. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, II kitab, maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890, № 12, maddə 4; 2005-ci il, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686; Azərbaycan Respublikasının 2005-ci il 1 sentyabr tarixli, 980-IIQD nцmrəli, 30 sentyabr tarixli, 1022-IIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 200.4-cü maddədə:

1.1. birinci cümlədə “yazılı iltizam vermiş” sözləri “öhdəlik götürmüş” sözləri ilə əvəz edilsin;

1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.”;

1.3. üçüncü cümlə çıxarılsın və dördüncü cümlə üçüncü cümlə hesab edilsin.

2. 200.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Məhkəmə və prokurorluq orqanlarında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən təşkil edilir.”.

XII. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 513) aşağıdakı məzmunda 8.0.23-cü maddə əlavə edilsin:

“8.0.23. fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi.”.

XIII. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 601) aşağıdakı əlavələr edilsin:

1. 13.2-ci maddədə “vasitələri haqqında” sözlərindən sonra “, habelə qanunvericilikdə müəyyən olunmuş digər” sözləri əlavə edilsin.

2. 13.4-cü maddədə “(kömək) edən” sözlərindən sonra “və ya etmiş” sözləri əlavə edilsin.

XIV. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 1996-cı il 15 noyabr tarixli, 196-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 267; 2001-ci il, № 5, maddə 294; 2004-cü il, № 2, maddə 57) qüvvədən düşmüş hesab edilsin.

XV. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57; Azərbaycan Respublikasının 2005-ci il 31 may tarixli, 922-IIQD nömrəli Qanunu) XIX bəndi qüvvədən düşmüş hesab edilsin.

XVI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 dekabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin