Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

D.Savelyev: Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycana Avrasiyanın ən böyük logistika hablarından birinə çevrilmək imkanı verir

D.Savelyev: Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycana Avrasiyanın ən böyük logistika hablarından birinə çevrilmək imkanı verir

Moskva, 28 noyabr, AZƏRTAC

Bu yaxınlarda Moskvada keçirilmiş “Rusiya nəqliyyatı” XII Beynəlxalq Forumuna rekord sayda iştirakçı gəlib. Tədbirdə nəqliyyat sektorunun liderləri və dövlət orqanlarının nümayəndələri əsas nəqliyyat vasitələrinin inkişafı məsələlərini müzakirə ediblər. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərindən bəhs edib.

-Dmitri İvanoviç mötəbərlik baxımından ötən forumu necə qiymətləndirirsiniz?

- Nəqliyyatı nahaq yerə iqtisadiyyatın qan damarı adlandırmırlar: hər hansı dövlətin iqtisadi inkişafının dinamikası əhəmiyyətli dərəcədə ondan asılıdır. Bu səbəbdən forum peşəkarlarda böyük maraq doğurub: onun işində bu sahəyə aid 910 şirkətin 3500-dən çox mütəxəssisi iştirak edib. Təkcə çıxışçıların sayı 300 nəfərdən çox olub. Tədbirdə, həmçinin 18 ölkənin, o cümlədən son illər regional nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayan Azərbaycanın nəqliyyat idarələrinin nümayəndələri iştirak ediblər. Ölkənin əlverişli coğrafi mövqeyi, irimiqyaslı layihələrin həyata keçirilməsi, həmçinin tranzit və yükdaşımaları potensialının səmərəli istifadəsi Azərbaycan iqtisadiyyatına böyük uğurlar qazandırıb.

-Rusiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əlaqələr nə dərəcədə aktivdir?

- Bu sahədə ölkələrimiz arasında zəruri hüquqi-normativ baza işlənib hazırlanıb, dəmir yolu, avtomobil və hava nəqliyyatı növləri üzrə bir sıra hökumətlərarası sazişlər imzalanıb. Hazırda ticarət gəmiçiliyi, Azərbaycan gəmilərinin Rusiyanın daxili sularında üzməsi şərtləri üzrə sazişlərin layihələri nəzərdən keçirilir. İki ölkənin şəhərləri arasında 100-ə yaxın müntəzəm aviareyslər fəaliyyət göstərir. Müxtəlif istiqamətlərdə 30-dan çox mütəmadi avtobus marşrutları mövcuddur. Azərbaycanla Dağıstanı birləşdirəcək yeni dəmir yolu xətti üzrə müzakirələr aparılır, ən yaxın gələcəkdə isə Mahaçqala və Bakı arasında birbaşa aviareysin həyata keçirilməsi nəzərdə tutulur.

-Yəqin ki, sərhədyanı iqtisadi əlaqələr avtomobillə yükdaşımaların həcminin artmasına xüsusi stimul verir.

- Elədir, son vaxtlar Rusiya-Azərbaycan quru sərhədi ilə avtomobil yolu əlaqəsinin səmərəliliyinə dair layihələrə daha çox ehtiyac duyulur. Bizim yol idarələri Azərbaycanla sərhədə qədər uzanan R-217 “Qafqaz” trasında genişhəcmli iş aparırlar. Öz növbəsində, Prezident İlham Əliyev Bakıdan Rusiyanın sərhədinədək yeni avtomagistralın tikintisi ilə bağlı tapşırıq verib. İki ildən sonra o, istifadəyə veriləcək.

Bir il əvvəl Samur (Azərbaycan) və Yaraq-Qazmalar (Rusiya) keçid məntəqələri rayonunda dövlət sərhədindən keçməklə yeni avtomobil körpüsünün tikintisinə başlanılıb. Samur çayı üzərindən keçən bu körpünün tikintisi paritet əsaslarda maliyyələşdirilir və növbəti ilin üçüncü rübündə başa çatacaq. Rusiya Samurun ona aid olan hissəsində bütün zəruri gömrük infrastrukturu, o cümlədən aksiz malları üçün hazırda mövcud olmayan xüsusi post yaradacaq.

- Rusiya və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıqdan danışarkən “Şimal-Cənub” nəqliyyat dəhlizi mövzusuna toxunmamaq mümkün deyil. Bu cür irimiqyaslı layihənin yaxın perspektivlərini necə qiymətləndirirsiniz?

- Mən onu əsrin layihəsi adlandırardım. Axı, “Şimal-Cənub” dəhlizi faktiki olaraq Süveyş kanalına alternativ təşkil edir. Onun Hindistanın Mumbai limanından bizim Sankt-Peterburqa qədər 7,2 min kilometr məsafədə uzanan quru və dəniz marşrutları ilə yüklər təxminən 30-40 faiz daha sürətlə daşınacaq. Azərbaycan marşrutun istifadəyə verilməsi üçün infrastruktur üzərində işləri başa çatdırıb. Bundan başqa, Azərbaycan tərəfi İran Astarasında terminal istifadəyə verib və qonşu ölkəyə Xəzərin sahillərlinədək uzanacaq Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi üçün kredit ayırıb. Artıq nəqliyyat dəhlizi fəaliyyətə başlayıb: cari ilin yeddi ayı ərzində bu marşrutla yükdaşımaların həcmi 170 min ton təşkil edib.

Digər irimiqyaslı layihə ötən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu, açıq dənizlərə çıxışı olmayan Azərbaycana Avrasiyanın ən böyük logistika hablarından birinə çevrilmək imkanı verir. Xüsusən, bir neçə ay əvvəl açılışı olmuş Abşeron Logistika Mərkəzi vaxta qənaət etməyə və yükdaşıma şirkətlərinin nəqliyyat xərclərini azaltmağa imkan verir. Ələt qəsəbəsində tikintisi davam edən Beynəlxalq Dəniz Limanı da bu məqsədlərə xidmət edir və regionda avtomobil, dəmir yolu və dəniz yollarının kəsişmə məntəqəsi olacaq.

-Ələt dəniz limanından söz düşmüşkən, dənizçilik sahəsində əməkdaşlıqdan da danışmaq yaxşı olar. Axı, Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Xəzərdə birgə dəniz turizmi inkişaf edirmi?

- Unikal və analoqu olmayan turizm layihəsi - Xəzər dənizində kruiz marşrutu hazırlanır. Hazırda Həştərxandakı “Lotos” gəmiqayırma zavodunda -çay-dəniz” tipli “Pyotr Veliki” kruiz gəmisi inşa edilir. O, 2019-cu ildə istismara veriləcək və biz Xəzər dənizində kruiz səyahətlərinə başlayacağıq. Bu özünəməxsus səyahət gəmisinin marşrutu turistlərə Xəzəryanı ölkələrin sahil şəhərlərini gəzmək imkanı verəcək. Azərbaycan tərəfi ölkələrimizə qarşılıqlı gəlir gətirəcək bu layihədə tərəfdaşlıq haqqında sazişi artıq imzalayıb.

Qeyd edim ki, turizmin inkişafı təkcə iqtisadiyyatın nəqliyyat sahəsinin deyil, digər sektorların inkişafına da təkan verir. Bir neçə rəqəmi misal çəkmək istəyirəm: yanvar-oktyabr aylarında 752 min vətəndaşımız Azərbaycana səyahət edib. Ölkəmiz əcnəbi turistlərin sayına görə birinci yerdədir. Rusiyalılar Odlar diyarının tarixi yerlərini həvəslə ziyarət edirlər, dağ-xizəkçiliyi kurortlarına və yay istirahəti zonalarına gedirlər. Yaxın vaxtlarda bu imkanlara dəniz turizmi də əlavə olunacaq. Bütün bunlar ölkələrimizin bir-birinə artan marağının təzahürüdür. Axı, biz eyni dildə danışırıq, ortaq tariximiz var və bu amillər Rusiya ilə Azərbaycan arasında davamlı və səmərəli əməkdaşlığın təməlini təşkil edir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baki Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO