Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DTİHB sanki hansısa başqa ölkədə seçkiləri müşahidə etmişdir
Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi

DTİHB sanki hansısa başqa ölkədə seçkiləri müşahidə etmişdirAzərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi

- Oktyabrın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları (DTİHB) Bürosunun müşahidə missiyası Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı kifayət qədər tənqidi ilkin hesabat açıqlamışdır. Həmin sənədə münasibətinizi bilmək istərdik?

- Hesabatda göstərilənlər tənqid deyil, siyasi sifariş xarakterli yalanlardır. Hesabat bugünkü Azərbaycanın reallıqlarını danan, hətta adi məntiqə zidd olan bir sənəddir.

Keçirilmiş seçkilərin həqiqətləri nədən ibarətdir? Seçki prosesini 1300-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların müşahidəçiləri, 50 mindən artıq yerli müşahidəçi izləmiş, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işıqlandırmışdır. Onların təqdim etdiyi hesabatlara və bəyanatlara görə, seçkilər yüksək səviyyədə təşkil edilmiş, seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı ciddi hüquq pozuntusu aşkar edilməmiş, seçkilər xalqın iradəsini dəqiq əks etdirmiş və beynəlxalq standartlara cavab vermişdir.

Bir neçə beynəlxalq və yerli təşkilat müstəqil sorğular - exit-pollar keçirmişdir. Ayrı-ayrı təşkilatlar tərəfindən bir-birindən müstəqil şəkildə aparılmış exit-polların nəticələri həm bir-birinə münasibətdə, həm də Mərkəzi Seçki Komissiyasının açıqladığı son nəticələrlə demək olar ki, eyni olmuşdur. Bu nəticələr birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük fərqlə seçkilərdə şəksiz qalib gəldiyini göstərmişdir.

Xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəstəkləməklə sabitliyə, əmin-amanlığa və davamlı sosial inkişafa səs vermişdir. Cənab Prezident seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra xalqa müraciətində qeyd etdi ki, Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir.

Diqqət edin. Hətta Azərbaycana kifayət qədər tənqidi mövqeyi ilə seçilən Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri və son bir neçə il ərzində Azərbaycan ilə bağlı bir-birindən sərt qətnamələr qəbul etmiş Avropa Parlamentinin nümayəndələri Azərbaycan xalqını prezident seçkilərinin dinc, azad, ədalətli və şəffaf keçirilməsi münasibətilə təbrik etmişlər. Azərbaycan xalqını ATƏT-in hazırkı sədri Leonid Kojara da təbrik etmiş və Azərbaycanda seçkilərin gedişində nümayiş etdirilmiş demokratiyanın inkişafındakı tərəqqini alqışlamışdır. Avropa İttifaqının Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Aİ-nın xarici və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Ketrin Eşton Azərbaycanın demokratik prosesə sadiqliyini qeyd etmişlər.

Bütün bunların fonunda DTİHB-in hazırladığı hesabatda Azərbaycandakı seçkilərlə bağlı heç bir müsbət məqam yoxdur, yalnız mənfi fikirlərdir. Elə təəssürat yaranır ki, sanki bu qurum hansısa başqa ölkədə seçkiləri müşahidə etmişdir.

Belə kəskin fərqin izahı isə çox sadədir. Bizdə olan səhih məlumata görə, hesabatın layihəsi seçkidən əvvəl DTİHB-in Varşava ofisində yazılaraq hazır göndərilmişdir. Azərbaycanda olan missiya isə sadəcə gur fəaliyyət görüntüsü yaratmışdır. Bu, DTİHB-in çoxdan məlum olan iş prinsipidir. Biz təşkilatın Azərbaycan ilə bağlı əvvəlki hesabatlarında da eyni dəst-xətti görmüşük. Maraqlıdır ki, müşahidə missiyası rəhbərliyinə əsasən bizim ölkədə baş verən proseslərdən tamamilə xəbərsiz olan, ya da Azərbaycana və xalqımıza açıq şəkildə qərəzli mövqeyi ilə seçilən insanlar təyin edilir. Hazırkı uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana de Zulueta da məhz belə şəxslərdəndir. Bu dəfə sifarişli hesabatı bəyan etmək üzrə həmin xanımın üzərinə qoyulmuş “missiya” onun ölkəmizə bəslədiyi mənfi münasibətlə üst-üstə düşmüşdür.

Təəssüf ki, DTİHB tərəfindən monitorinqə cəlb olunmuş bir çox müşahidəçilər onların iradəsindən asılı olmayaraq, Azərbaycana qarşı yönəlmiş siyasi oyunun alətinə çevrilmişlər. Müşahidəçilərin əksəriyyəti hesabatın müddəaları ilə üst-üstə düşməyən fikirlər səsləndirmiş, onların üzünü belə görmədikləri, ən azından qərəzli hesab etdikləri sənədə həmmüəllif edilməsi cəhdlərinə açıq şəkildə etiraz etmişlər.

İş o yerə çatmışdır ki, oktyabrın 10-dakı mətbuat konfransında çıxış edən ATƏT-in xüsusi əlaqələndiricisi Mişel Vuazan sonradan ayrıca bəyanatla çıxış etmək məcburiyyətində qalmışdır. O, qısamüddətli müşahidəçilərin qeyd etdiyi müsbət məqamların hesabatda əks olunmadığını bildirmişdir. Onun fikrincə, seçkilər heç bir mübahisə doğurmayan şəksiz qalibi müəyyən etmiş və seçki kampaniyası ölkədə demokratiya sahəsində əldə edilmiş tərəqqini göstərmişdir. Bu tərəqqi namizədlərin sayında, televiziya debatları vasitəsilə bərabər təşviqat aparmaq imkanlarında, seçicilərin yüksək fəallığında və MSK-nın seçkiləri yaxşı təşkil etməsində əks olunmuşdur. ATƏT əlaqələndiricisinin bəyanatında daha sonra deyilir ki, seçkilər azad, şəffaf və ədalətli keçirilmiş və o, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyini tamamilə bölüşür.

Həmin mətbuat konfransında DTİHB müşahidə missiyasının rəhbəri hesabatın qeyri-obyektivliyi və Avropa Parlamenti, AŞPA missiyasının hesabatından kəskin fərqi ilə bağlı haqlı iradlara cavab olaraq dedi ki, digər təşkilatlar uzunmüddətli müşahidəçiləri dəvət etmir, ona görə də bütün seçki prosesini əhatə edə bilmirlər.

Lakin DTİHB-in hesabatı digər hesabatlarda səsvermə günü ilə bağlı göstərilən müddəalarla da ziddiyyət təşkil edir. Halbuki, bu mərhələni müşahidə missiyaları göndərən bütün beynəlxalq təşkilatların nümayəndələri izləmişlər. Bundan əlavə, Azərbaycan Avropa Şurasının üzvü kimi 2000-ci ildən bu təşkilatın monitorinqi altındadır. Həmin təşkilatın ölkəmizdəki cari vəziyyət barədə çox müfəssəl məlumatı vardır. Ona görə də DTİHB missiyasının bu cür absurd bəyanatı onların hesabatının siyasi sifariş xarakterini gizlədə bilməz.

- Qəribədir ki, ATƏT/DTİHB-in hesabatı Milli Şuranın və onun prezident seçkilərindəki namizədinin bəyanatları ilə səsləşir.

- Bu, ona görə baş verir ki, hər iki halda oxşar metodlar tətbiq olunur. Öz namizədinin perspektivsizliyini, xalq tərəfindən dəstəyinin olmadığını anlayan və onun faciəvi məğlubiyyətini proqnozlaşdıran Milli Şura deyilən qurum elə əvvəldən seçkilərin gedişində saxtakarlığın olması barədə yalançı təbliğat kampaniyasını aparmaq taktikasını seçmişdir.

Atalar sözündə deyildiyi kimi, hamıdan çox oğru “oğrunu tut” qışqırır. Hələ seçki kampaniyasının gedişində Milli Şuranın namizədinin dəfələrlə saxtakarlıqları aşkar olunmuşdur. Səsvermə zamanı seçkiləri gözdən salmaq üçün onun tərəfdarlarının hazırladığı çoxsaylı saxtakarlıqlar ifşa edilmişdir. Hətta onlar elə tələsmişlər ki, “səsvermə günü olan pozuntular” barədə videoroliklər internetə oktyabrın 8-də yerləşdirilmişdir.

Saxtalaşdırma xalqla tamamilə əlaqəni itirmiş, normal seçkilər vasitəsilə xalqın dəstəyini ala bilməyən və şübhəsiz ki, seçkidə faciəvi məğlubiyyətindən sonra tarixə gedəcək radikal müxalifətin metodudur.

Eyni saxtalaşdırma metodu DTİHB missiyası tərəfindən tapşırılmış siyasi sifarişi yerinə yetirmək üçün istifadə olunur. Bu zaman Milli Şuranın bir ovuc üzvü və DTİHB-in hesabat müəlliflərindən başqa heç kim seçkidə ciddi pozuntu aşkar etməmişdir.

- Bir neçə gündən sonra ATƏT/DTİHB adətən bu təşkilatın tövsiyələrini nəzərdə tutan yekun hesabatını çap edəcəkdir. Həmin tövsiyələr necə nəzərə alınacaqdır?

- Özünün ilkin hesabatı ilə DTİHB bir daha göstərdi ki, həmin təşkilatın mandatının tələb etdiyi kimi, Azərbaycanda seçki prosesini obyektiv əks etdirmək onun maraq dairəsinə daxil deyildir. Missiyanın hesabatı yenə də ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi çıxış edir. Sadəcə bu dəfə sənədin absurdluğu o dərəcədə aşkardır ki, ona ciddi yanaşmaq mümkün deyildir. Deməli, belə hesabat əsasında hazırlanmış tövsiyələri də ciddi qəbul etmək olmaz.

Azərbaycan hər zaman beynəlxalq təşkilatlar, o cümlədən ATƏT/DTİHB qarşısında götürdüyü öhdəliklərə sadiq olmuşdur. Lakin əgər tərəflərdən biri bu öhdəliklərdən digər tərəfə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edirsə, onda, zənnimcə, fikirləşməliyik, DTİHB ilə əməkdaşlığı davam etdirmək bizə lazımdırmı?!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər