Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma Ermənistanın növbəti təxribatıdır

Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma Ermənistanın növbəti təxribatıdır

Bakı, 14 sentyabr, AZƏRTAC

Qonşu dövlətlərin əraziləri hesabına “böyük Ermənistan” yaratmaq iddiasından hələ də əl çəkməyən mənfur ermənilər məkrli niyyətlərini davam etdirirlər. Dünya birliyinin bu ədalətsizliyə göz yumması və ikili standartlar işğalçı ölkəni getdikcə quduzlaşdırır. Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarından geri çəkilmək əvəzinə, təxribatçı addımlarını daha da intensivləşdirib. Hər addımbaşı beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edən Ermənistan dövləti sərhədboyu ərazilərdə təxribatları davam etdirir, atəşkəs rejimini pozur, dinc əhalini qətlə yetirir, yaşayış məntəqələrinə ciddi ziyan vurur. Mənfur düşmənin iyulun 12-də Tovuz istiqamətində dövlət sərhədini pozmağa cəhd etməsi, baş nazir Nikol Paşinyanın və onun arvadı Anna Akopyanın Dağlıq Qarabağa səfərləri və işğal ərazisində şou göstərmələri münaqişəni daha da alovlandırır.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov deyib.

K.Seyidov bildirib ki, ümumiyyətlə, Nikol Paşinyan Ermənistanın baş naziri “seçiləndən” sonra bu ölkədə işğal siyasəti daha da gücləndirilib, sərhədboyu ərazilərdə təxribatlar davam etdirilib. Son iki ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesi tamamilə dayandırılıb, müharibə qığılcımları daha da artıb. Bu da Paşinyanın faşizm ideologiyasına hüsn-rəğbətindən irəli gəlir. Hətta işğalçı ölkənin rəsmiləri də etiraf edirlər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Tovuz hadisələrindən sonra Ermənistanın genişmiqyaslı silahlanması da təcavüzkar ölkənin yeni məkrli planlarından xəbər verir. Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərləri zamanı hərbi obyektlərə baş çəkməsi, oradakı vəziyyətlə maraqlanması Ermənistanın işğalçı ölkə olduğunu və bu məkrli siyasətdən əl çəkmədiyini bir daha təsdiqləyir.

Partiya sədri qeyd edib ki, işğal olunmuş Azərbaycan ərazilərinə Suriya və Livan ermənilərinin məqsədyönlü şəkildə köçürülməsi Ermənistan rəhbərliyinin işğal siyasətindən əl çəkmədiyindən xəbər verir. Bu, həm də təcavüzkar ölkənin Azərbaycana qarşı törətdiyi cinayətlərdən biridir. Bu addımlar regionda demoqrafik nisbətin dəyişməsinə yönəlib və buna görə də hərbi cinayət sayılmalıdır. Zaman-zaman işğal altında olan ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmaya dair faktlar mövcuddur. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da öz əksini tapıb.

Təbii ki, işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşma prosesi Ermənistanın dövlət orqanlarının təşəbbüsü ilə həyata keçirilir. Qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirib. Həmçinin müzakirə zamanı erməni ailələrinə qondarma rejim tərəfindən dəstək proqramlarının həyata keçirilməsi barədə də fikir mübadiləsi aparılıb. Bununla da Ermənistan Dağlıq Qarabağ məsələsində status-kvonu qoruyub saxlamağa çalışır. Təəssüf ki, beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş, lakin bu istiqamətdə heç bir nəzərəçarpan iş görməyən ATƏT-in Minsk qrupu beynəlxalq və regional təşkilatlar işğal altında olan Azərbaycan ərazilərində qanunsuz məskunlaşma prosesinə siyasi qiymət verməyiblər. Əks halda, başqa ölkələr də bu siyasətin qurbanına çevrilə bilərlər. Rusiyanın aparıcı kütləvi informasiya vasitəsi olan “Nezavisimaya qazeta” da Paşinyanın bu addımlarını Ermənistanın hərbi əməliyyatların bərpası üçün yeni təxribatlara əl atacağı ilə əlaqələndirib.

Artıq Suriya ermənilərindən sonra Livanda yaşayan ermənilər də Dağlıq Qarabağa köçürülməkdədir. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır. Lakin beynəlxalq təşkilatlar, xüsusən münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu bu cinayətə göz yumur, susqunluq nümayiş etdirir. Bütün bunlar bir daha göstərir ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə uyğun olaraq qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmaq haqqında nəinki düşünmür, üstəlik növbəti təxribatlara əl atır, danışıqlar prosesini tam olaraq iflasa aparır. Təcavüzkar ölkə anlamalıdır ki, onun bütün təxribatlarına layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu var. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı hər an azad etmək gücündədir. Aprel döyüşləri və Tovuz hadisələrində mənfur düşmənə layiqli zərbə vuran ordumuz xalqımıza tarixi qələbə sevincini də yaşadacaq.

K.Seyidov bildirib ki, işğalçı Ermənistanın Dağlıq Qarabağa Suriya və Livan ermənilərinin köçürülmə siyasətində məqsəd aydındır: bu torpaqlarda ermənilərin sayını süni şəkildə artırmaq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə nail olmaq və bu ərazilərin Ermənistana mənsub olması barədə beynəlxalq aləmdə rəy formalaşdırmaq. Ermənistan rəhbərliyi dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri heç də istədikləri nəticəni verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azərbaycanlı əhalisi isti ocaqlarına qayıdacaq, Ermənistan isə bütün qanunsuz əməllərinə görə layiqli cavabını alacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb