Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Los-Ancelesi fəth etdi VİDEO

Bakı, 9 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, sentyabrın 8-də dünya kinosunun paytaxtı Los-Ancelesin səhnəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının premyerası olmuşdur.

AZƏRTAC xəbər verir ki, “Arşın mal alan” operettasının ilk dəfə ABŞ-da səhnələşdirilməsi Azərbaycanın və Amerikanın mədəni həyatında əlamətdar hadisə olmuşdur.

Bu, ölkəmizin rəhbərliyinin respublikamızın xaricdə təbliği, Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında yorulmaz fəaliyyəti, Heydər Əliyev Fondunun Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği istiqamətində gördüyü işlər sayəsində mümkün olmuşdur. Buna görə də Azərbaycan incəsənətinin təbliğində dövlət siyasətinin növbəti uğurunu əminliklə qeyd etmək olar.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə səyləri sayəsində Azərbaycan klassik musiqisinin korifeyi Üzeyir Hacıbəylinin əsəri Amerikanı fəth etmişdir. Artıq 100 ildir ki, bütün dünyanı dolaşan bu səhnə əsəri Amerika Birləşmiş Ştatlarında böyük rezonans doğurmuşdur.

Buna qədər premyeranın təbliği məqsədilə xüsusi internet səhifə açılmış, videoçarx hazırlanmışdır. CBC telekanalının xüsusi müxbiri Ceyhun Əsgərov isə əsərin səhnələşdirildiyi “Doroti Çendler Pavilyon” teatrından reportaj hazırlamış, aktyor və tamaşaçılardan eksklüziv müsahibələr almışdır.

Operettanın Amerika tamaşaçısının qəlbini fəth edəcəyi şübhə doğurmurdu. Tamaşaya qədər rejissor Maykl Şnakın rəhbərliyi altında aktyor truppası bir neçə ay gərgin məşqlər etmişdir. Sonuncu əsas məşq isə əsərin tamaşaçıya yüksək səviyyədə təqdim olunacağından xəbər verirdi. Məşqlər zamanı çətinlik yaradan isə ariyaların Azərbaycan dilində oxunmasına hazırlıq olmuşdur. Aktyorlar tələffüzün ideal səviyyədə olması üçün çox çalışmışlar.

Ariyaların sözlərini, onların mənasını öyrənməyə çox vaxt sərf etdiyini bildirən Əsgər rolunun ifaçısı Ceyms Cudd demişdir: “Onları çalışdıqca daha dəqiq tələffüz etmək istəyirdim. Bugünkü səviyyəyə çatmaq üçün biz böyük yol keçdik. Orijinalda bir çox şeyləri saxladıq, amma həm də əlavələr etdik, axı bu əsərin 100 yaşı vardır”.

Gülçöhrə rolunun ifaçısı Aşa Lindsey 7 il əvvəl bu əsəri səhnələşdirəndə, o dövr Azərbaycan qadınları, İslam dini və təbii ki, xalqımızın mədəniyyəti haqqında çox şey öyrəndiyini bildirmişdir. O demişdir: “Hazırda mənim çoxlu azərbaycanlı dostlarım var. Hətta mən özüm bu qeyri-adi ölkə haqqında çox şey danışa bilərəm. Qəhrəmanımın nə istədiyini yaxşı bilirəm, əgər Gülçöhrə indiki dövrdə yaşasaydı, çox cəsur və mərd olardı”.

Əsəri Amerika tamaşaçısına böyük ustalıqla təqdim edən rejissor Maykl Şnak demişdir ki, amerikalıların ənənələrə öz yanaşması vardır. ABŞ-da böyüməkdə olan nəsil də yenilikləri qəbul etməyə hazırdır. Azərbaycan həm də ona görə maraqlıdır ki, o vaxtlar bu müsəlman ölkəsinə Qərbin təsiri güclü idi.

Yüz il bundan əvvəl Üzeyir Hacıbəyli bu əsərini neft maqnatı Hacı Zeynalabdin Tağıyevin köməyi ilə bütün dünyaya təqdim etmişdir. Simvolik olaraq isə 100 ildən sonra dahi Ü.Hacıbəylinin bu əsəri ABŞ-da dünya enerji ehtiyatları bazarlarında öz sözünü demiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə səhnələşdirilir. Tamaşanın təşkilində, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun da rolu böyükdür.

Bu əsəri mənimsəmək istəyən ermənilər 1937-ci ildə məhz Los-Ancelesdə “Arşın mal alan” müziklini yaradaraq onu erməni əsəri kimi təqdim etmişdilər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirmişdir ki, Kaliforniyada 1,5 milyondan çox erməni yaşayır, onların əksəriyyəti isə Los-Ancelesdə məskunlaşmışdır. Baş konsul demişdir: “Erməni lobbisi bizə qarşı güclü mübarizə aparır. Onların təsirini azaltmaq üçün biz Azərbaycan haqqında həqiqətləri Amerika cəmiyyətinə çatdırmalıyıq və bunu da edirik. Bu işdə ən yaxşı vasitə isə Azərbaycanın zəngin mədəni irsini təbliğ etməkdir”.

Los-Ancelesin ən məşhur konsert zallarından olan “Doroti Çendler Pavilyon” teatrının zalının tamaşa başlamamışdan əvvəl tam dolması premyeranın uğurla keçəcəyindən xəbər verirdi. Üç min tamaşaçı iki saat ərzində musiqi və yumorla müşayiət olunan bu sevgi əhvalatının sonunu gözləyirdi. Tamaşanı heyranlıqla izləyən insanların üzlərində müxtəlif ifadələri hiss etmək çətin deyildi. Kimi Şərq musiqisindən zövq alır, kimi sevgililərə görə həyəcan keçirir, kimi də Azərbaycanın milli geyimlərinə heyran qalmışdı. Amma sonda təəssürat eyni idi: ifaçıları hamı bir nəfər kimi ayaq üstə alqışlayırdı.

Tamaşadan sonra zalı tərk edən tamaşaçılar hələ də səhnədə gördüklərini müzakirə edirdilər. Əminliklə demək olar ki, indiyədək Azərbaycan haqqında az da olsa eşidənlər, bundan sonra bu kiçik Şərq ölkəsinə əsl maraq göstərməyə başlamışdılar. Əsərin tamaşaçılarda yaratdığı düşüncələr, hisslər o qədər güclü idi ki, onlar gördüklərini furşetdə davam etdirirdilər.

Los-Anceles sakini xanım Kalma Blumber: “Bu, fantastikdir. Gözəl musiqi, qeyri-adi geyimlər, çox maraqlı əhvalat. Mən özüm üçün Azərbaycan, onun tarixi haqqında çox şeyi kəşf etdim, öyrəndim. Bu, əsl sensasiyadır”.

Avstriyanın Los-Ancelesdəki konsulu xanım Liliana Popova: “Möhtəşəm, valehedici musiqi idi. Mənim qardaşım pianoçudur. O, Bakıda simfonik orkestrlə çalışıb və mənim bununla bağlı çox xatirələrim var. Bu gün isə mən çox xoşbəxtəm. Bu axşamkı tamaşa mənə çox böyük təəssüratlar bəxş etdi”.

Los-Anceles sakini Cim Kerkman: “Bu həqiqətən də bizə Şərqin gözəl dünyasına qapı açan əlamətdar hadisədir”.

“Arşın mal alan” Los-Ancelesi fəth etdi. Bunu isə heç də hər əsər edə bilməz. Çünki Los-Anceles həm də Hollivud hesab olunur. Hollivudu isə təəccübləndirmək elə də asan deyildir.

Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Los-Ancelesi fəth etdi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb