CƏMİYYƏT
Daşkənddə keçirilən Beynəlxalq Hüquq Forumunda Azərbaycan nümayəndə heyəti də iştirak edir
Daşkənd, 25 aprel, АZƏRTAC
Daşkənddə “Tashkent Law Spring” Beynəlxalq Hüquq Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Özbəkistanın Ədliyyə Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Özbəkistandakı İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilən Forumda dünyanın 40 ölkəsindən 1000-dən çox nümayəndə iştirak edir.
Azərbaycanı bu tədbirdə ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Forumda “Keyfiyyətli idarəetmə”, “Fəal investisiya siyasəti”, “Qanunun aliliyinin təmin olunması, “Özbəkistanın məhkəmə-hüquq sistemində islahatlar” və digər mövzularda müzakirələr aparılacaq.
Bildirilib ki, ki, Özbəkistanda bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də köklü islahatlar aparılır və bütün bunlar vətəndaşların qanuni hüquq və maraqlarının təmin olunmasına xidmət edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd