CƏMİYYƏT
Daşkənddə yaşayan türk iş adamları qələbə münasibətilə Azərbaycana təbriklərini çatdırıblar
Daşkənd, 13 noyabr, АZƏRTAC
Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı təxribatları, bununla əlaqədar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu, işğal altında olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, ən nəhayət Şuşa şəhərinin, 300-dən artıq kəndlərin, strateji yüksəkliklərin azad edilməsi Azərbaycanda və ölkəmizdən kənarda yaşayan soydaşlarımızda və türk qardaşlarımızda ruh yüksəkliyi yaradıb.
Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, noyabrın 13-də Daşkənddə yaşayan 2 türk iş adamı-İbrahim Günəş və Murad Türkmən səfirliyə gələrək səfir Hüseyn Quliyevlə görüşüblər.
İbrahim Günəş və Murad Türkmən Böyük Qələbə münasibətilə səfiri və Azərbaycan xalqını təbrik ediblər.
Hüseyn Quliyev siyasi və mənəvi dəstəyə görə qardaş türk xalqına minnətdarlıq edib. Səfir deyib ki, bu, Azərbaycan xalqının qələbəsidir, nəhayət, Qarabağ həqiqi sahibinə qayıtdı.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd