REGİONLAR


Daşkəsəndə Vətən müharibəsi şəhidləri Vahid Alıyev və Amil Quliyevin xatirəsi anılıb

Daşkəsən, 3 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri gizir Alıyev Vahid Abbas oğlunun və əsgər Quliyev Elvin Amil oğlunun anım günü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, rayonun şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əhəd Abıyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi zəfərdən, habelə şəhid Vahid Alıyevin və şəhid Elvin Quliyevin şərəfli həyat və döyüş yolundan söhbət açıb, şəhidlərin ailə üzvlərinə bir daha da rayon ictimaiyyəti adından başsağlığı verib.

Şəhidlərin valideynləri – Vahid Alıyevin atası Abbas Alıyev, anası Pəri Xəlilova, şəhid Elvin Quliyevin atası Amil Qənbərov, anası Elnarə Quliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra Daşkəsən Şəhidlər xiyabanında şəhid ailələri və qazilər üçün yeni tikilən görüş yerində ehsan süfrəsi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.