İQTİSADİYYAT
Dekabrın 1-dən bütün beynəlxalq aviareyslər 1 nömrəli terminaldan həyata keçiriləcək VİDEO
Bakı, 28 noyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Dekabrın 1-dən bütün beynəlxalq aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni, 1 nömrəli terminalından həyata keçiriləcək.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirib ki, 2 nömrəli terminaldan yalnız Naxçıvan və yerli xətlər üzrə uçuşlar reallaşacaq.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi bu il aprelin 23-də açılıb. Yeni terminalda beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib. Müasir görünüşü ilə diqqəti cəlb edən aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində qurulub və təhlükəsizlik tələblərinə tam cavab verir.