İQTİSADİYYAT


“DəmirBank”ın  qadın müştərilərin maliyyə biliyinin artırılmasına yönəlmiş  təlimləri başa çatıb

Bakı, 20 noyabr, AZƏRTAC

“DəmirBank”ın  “Maliyyə savadını artır – gələcəyini planlaşdır” mövzusunda təlimləri başa çatıb. Təlimlər bankın  regionlarda qadın müştərilərinin maliyyə biliyinin artırılması məqsədilə keçirilib.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, təlimlərə Azərbaycanın bir çox regionlarında bankın xidmətlərindən yararlanan potensial qadın müştərilər cəlb olunub. “DəmirBank” 2015-ci ildə də müştərilər üçün maliyyə savadlılığının artırılması ilə bağlı silsilə təlimlər keçirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycanda “Maliyyə savadlılığının artırılması” layihəsi Polşa Mikromaliyyə Mərkəzi , Azərbaycan Mikromaliyyə Assosiyasiyası,  Avropa İttifaqı və “DəmirBank”ın maliyyə dəstəyi ilə reallaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.