Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Azərbaycan tarixinin İlham Əliyev mərhələsi tariximizə intibah dövrü kimi yazılacaq

Deputat: Azərbaycan tarixinin İlham Əliyev mərhələsi tariximizə intibah dövrü kimi yazılacaq

Bakı, 23 sentyabr, AZƏRTAC

Yaxın vaxtlarda Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ildönümünü təntənə ilə qeyd edəcək. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması bizim üçün qürurvericidir.

Azərbaycan xalqı çoxəsrlik tarixinin, eləcə də çağdaş hərb tarixinin ən əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacaqdır. Məhz keçən il 30 ilə yaxın müddətdə işğal altında olan Vətənimizin ayrılmaz parçası Qarabağ torpaqları Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrikliyi və qətiyyəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı ilə azad edilərək, dövrümüzün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrildi. Dövlətimizin başçısının komandanlığı ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, sarsılmaz siyasi iradəsi və barışmaz mövqeyi sayəsində dünya Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, dövlətimizin gücünün və Ordumuzun məğlubedilməzliyinin bir daha şahidi oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdə informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində şəksiz Qələbənin qazanılmasında həlledici rol oynadı. Bu zəfər həm də son iki yüz il ərzində Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan, həmçinin onun havadarları üzərində tarixi bir Zəfər idi. Onun sözlərinə görə, Azərbaycan xalqının qürur mənbəyi olan bu Qələbənin möhtəşəmliyi və doğurduğu sevinc sözlə ifadə edilə bilmədiyi kimi, onun siyasi, hüquqi, tarixi, iqtisadi, etnomədəni və geosiyasi əhəmiyyəti də ölçüyə gələ bilməyəcək dərəcədə misilsizdir. Bölgədə yeni reallıqlar yaradan, regionun həqiqi mənada lideri, dayanıqlı sülhün və inkişafın qarantı olan Azərbaycanın haqq və ədalət uğrunda apardığı Vətən müharibəsi, onun taktika və strategiyası, istifadə edilən müasir hərbi texnologiyaları bu gün bir sıra inkişaf etmiş ölkələrdə və beynəlxalq təşkilatlarda tanınmış hərbi ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi adlandırılır, hərbi məktəblərdə bu təcrübənin öyrənilməsini təqdir və tövsiyə edirlər.

“Təcavüzkar qonşumuzdan fərqli olaraq, Azərbaycan Ordusunun 44 gün ərzində nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riayət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Bu müharibə həm də sübut etdi ki, Vətən torpağını namus bilən Azərbaycan xalqı şəhidliyi şərəf, savaş meydanında döyüşməyi toy-bayram hesab edir. Ötən illər ərzində Azərbaycan xalqının əvəzolunmaz və yenilməz Lideri diplomatiya və informasiya savaşında saxtalaşdırılmış erməni tarixinin mifologiya üzərində qurulduğunu beynəlxalq tribunalardan dəfələrlə bəyan etmişdi. Sözsüz ki, Prezident İlham Əliyev erməni təcavüzünün bütün beynəlxalq hüquq və normaları pozmasını, eləcə də təcavüzkarı dəstəkləyən bəzi beynəlxalq təşkilatların, dövlətlərin haqsızlığını və riyakarlığını da açıq-aşkar sübut edirdi. Bu mənada 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin haqq və ədalət uğrunda “İrəli” əmri ilə başlayan əks-hücum əməliyyatı zamanı hansı qüvvələrlə müharibə və mübarizə aparılmasının tam mənzərəsi aydın olur. Bütün bunları düşündükcə, eləcə də Vətən müharibəsi zamanı baş verənləri təhlil etdikcə, dünya erməniliyi ilə mübarizə aparan Azərbaycan xalqının əvəzolunmaz Liderinin, rəşadətli Ordumuzun, hər qarış Vətən torpağı uğrunda canından, həyatında keçmiş şəhid və qazilərimizin misli görünməmiş qətiyyətini və fədakarlığını bir daha dərk edir və bununla qürur duyursan”, - deyə deputat qeyd edib.

M.İbrahimqızı bildirib ki, bu gün qalibiyyətlə bitirdiyimiz İkinci Qarabağ müharibəsindən təxminən bir il vaxt keçməsinə baxmayaraq, əfsanəvi qəhrəmanlıq dastanına çevrilmiş Zəfərimiz və onun əzəməti haqqında beynəlxalq aləmdə hələ də danışılır və müzakirələr aparılır. İllər, əsrlər keçəcək, xalqımıza başucalığı gətirmiş bu mübarək Zəfərimizin tükənməyən sevinci gələcək nəsillər üçün də qürur mənbəyi olacaqdır. Bu Zəfəri şanlı tariximizə qanları ilə yazan şəhid və qazilərimiz daim minnətdarlıqla xatırlanaraq, xalqımızın qəlbində əbədi yaşayacaqlar.

“Müzəffər Ali Baş Komandan Vətən müharibəsində Suqovuşanın azad edilməsi xəbərini müjdələyəndən dərhal sonra artıq bütün müvafiq icra qurumlarına işğaldan azad olunacaq rayon, qəsəbə və kəndlərin bərpa, quruculuq və sosial-iqtisadi inkişaf planının hazırlanması tapşırığını vermişdi. Təsəvvür edin, dünya bir tərəfdən maliyyə böhranı, digər tərəfdən pandemiya ilə mübarizə apararkən, biz həm də erməni faşizmi ilə mübarizə aparırdıq. Eyni zamanda, müharibədən sonrakı quruculuq və bərpa işləri, müharibənin vurduğu yaraların sarılması, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial problemlərinin ən qısa vaxtda həll edilməsi, qaçqın və məcburi köçkünlərin yurd yuvalarına qayıtması, daha doğrusu, Böyük Qayıdışın təmin edilməsi, Ordumuzun gücləndirilməsi, işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi, qazandığımız Zəfərin beynəlxalq aləmdə təbliği, uzun müddət dünya ictimaiyyətinə erməni faşizmi tərəfindən uydurulmuş və sırınmış Qarabağ yalanlarını ifşa etmək və münaqişənin həll olunduğunun beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi kimi hədsiz vacib prioritetlər postmüharibə dövrünün çağırışlarıdır”, - deyə M.İbrahimqızı əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baki Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO