CƏMİYYƏT
Dərman preparatları və tibbi avadanlıqların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 29 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə müxtəlif adda dərman preparatlarının və tibbi avadanlıqların ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda 3 ədəd “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində, gömrük nəzarətindən gizlədilən 1783 həb, 612 kapsul, 9 şüşə qablaşdırma və 6 ampul müxtəlif adda dərman preparatı, həmçinin 900 ədəd tibbi maska, 6 ədəd şpris və 2 ədəd avtomobil ehtiyat hissəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.