CƏMİYYƏT


Dərman vasitələrinin effektivliyi onun düzgün saxlanılmasından asılıdır

Dərman vasitələrinin effektivliyi onun düzgün saxlanılmasından asılıdır

Bakı, 7 dekabr, AZƏRTAC

Dərman vasitələrinin effektivliyi onun düzgün saxlanılmasından asılıdır. Onları rütubətdən və günəş şüalarından qorumaq vacibdir. Bir çox dərman vasitəsi hiqroskopik olduğundan rütubəti özünə çəkir və keyfiyyətini itirir.

AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, dərmanlar quru, təmiz, gün düşməyən və sərin yerlərdə saxlanılmalıdır. Bir çox dərman vasitəsinin saxlanılması otaq temperaturunda (15-25°C) nəzərdə tutulur. Bəzi hallarda isə bu diapazon daha geniş olur (15-30°C).

Dərmanları soyuducuda saxlamaq olmaz. Əksinə, dərmanlar soyuq şəraitdə saxlandıqda və ya dondurulduqda keyfiyyətini itirir. Lakin bəzən dərmanların qabı üzərində və içlik vərəqələrində saxlanılma şəraiti 2-8°C temperatur qeyd olunubsa, bu, soyuducu şəraiti sayılır və soyuducuda saxlanılması mütləqdir.

Məişət soyuducularının daxilində 2-8°C temperatur olmasına baxmayaraq, zonalardan asılı olaraq temperatur fərqlənir. Bunu nəzərə alaraq, dərman vasitələrinin saxlanılması üçün soyuducunun dondurucu kamerasından ən uzaq məsafədə yerləşən rəflərdən istifadə məqsədə uyğundur. Dərmanları soyuducuya yerləşdirmədən öncə rütubətdən qorumaq məqsədilə onların qutuya və ya polietilen paketlərə qoyulması tövsiyə olunur.

Əgər dərmanlar tələb olunan şəraitə uyğun qorunmazsa, istifadə müddəti bitmədən keyfiyyətini itirə və orqanizmə zərər verə bilər. Dərmanın düzgün saxlanılmaq qaydası ilə tanış olmaq, istifadə etməzdən əvvəl isə mütləq yararlılıq müddətinə baxmaq lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.