İDMAN


Dieqo Qodin “İnter” klubu ilə ikiillik müqavilə imzalayacaq

Bakı, 5 yanvar, AZƏRTAC

İspaniyanın “Atletiko Madrid” klubunun mərkəz müdafiəçisi Dieqo Qodin İtaliyanın “İnter” klubu ilə ikiillik müqavilə imzalamağa hazırlaşır.

AZƏRTAC “Eurosport.ru” saytına istinadla xəbər verir ki, bu haqda İtaliyanın tanınmış idman mütəxəssisi Canluka di Marçio “Tvitter” səhifəsində yazıb. İtaliyalı mütəxəssis bildirib ki, Qodin klubda hazırkı vəziyyətlə razı deyil. Əsas heyətə düşə bilməyən təcrübəli müdafiəçi qış transfer pəncərəsində klubu tərk edəcəyini söyləmişdi.

Qeyd edək ki, Dieqo Qodin 2010-cu ildən “Atletiko Madrid” klubunda çıxış edir. O, Madrid təmsilçisinin heyətində İspaniya çempionu, İspaniya kubokunun və Super kubokunun qalibi olub. Uruqvaylı müdafiəçi, həmçinin iki dəfə UEFA Avropa Liqasını, üç dəfə isə UEFA Super kubokunu qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.