ELM VƏ TƏHSİL
“Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu davam edir
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalələrinin jurnalda dərc olunmasını arzulayanlar aprelin 30-dək müraciət edə bilərlər.
“Din araşdırmaları” jurnalına Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində hazırlanmış elmi məqalələr qəbul edilir. Məqalələr elektron qaydada redaksiyanın [email protected] elektron ünvanına göndərilməlidir.
Elmi nəşrdə dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu nəzərdə tutulub.