ELM VƏ TƏHSİL


Diplomatik xidmətə qəbul olmaq istəyənlər üçün sınaq imtahanı təşkil olunacaq

Diplomatik xidmətə qəbul olmaq istəyənlər üçün sınaq imtahanı təşkil olunacaq

Bakı, 8 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 26-da Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Mərkəzin internet saytında dekabrın 19-u saat 18:00-dək həyata keçirilir.

İmtahanın müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının yoxlanılması (esse tapşırıqları) nəzərdə tutulmur.

Namizədlər DİM-in saytında qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.