Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında qarşılıqlı siyasi anlaşma güclənir

Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında qarşılıqlı siyasi anlaşma güclənir

Moskva, 30 may, AZƏRTAC

Bu gün Respublika Gününün bayram edilməsi müasir Azərbaycanın son illərdə əldə edə bildiyi bir sıra siyasi və iqtisadi uğurlara yekun vurmaq üçün yaxşı fürsətdir. Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev müasir dünya proseslərində Azərbaycanın yeri və rolu barədə sualları cavablandırarkən bildirib.

- Dmitri İvanoviç, bu gün Azərbaycan dünyada prinsipial olaraq müstəqil mövqe nümayiş etdirir. Siz onun xarici siyasətdəki uğurlarını necə qiymətləndirirsiniz?

-Müstəqil Azərbaycan öz suverenliyini ardıcıl surətdə müdafiə edir, heç bir qüvvənin ona təsir etməsinə yol vermir, bununla belə, tərəfdaşlarını dinləyir, onlarla qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurur. Bu, Azərbaycan rəhbərliyinin prinsipial mövqeyidir. Prezident İlham Heydər oğlu Əliyev həmişə vurğulayır ki, müasir şəraitdə hər bir ölkə özünün xarici siyasətində dinc dialoq, bərabərhüquqlu tərəfdaşlıq və əməkdaşlıq istiqamətini əsas götürməlidir. Bu istiqamət Azərbaycana dünya birliyində layiqli nüfuz, əhəmiyyətli məsələlərin müzakirəsində sanballı səs qazandırıb. Üstəlik, dövlətlərin çoxu öz beynəlxalq mübahisələrində Azərbaycanı müstəqil vasitəçi kimi görmək istəyir. Bakı çox vaxt münaqişə edən tərəflərin səmərəli danışıqları üçün meydana çevrilərək, dünyadakı geosiyasi sabitliyi möhkəmləndirir.

- Qlobal məsələlərin həllində respublikanın roluna gəldikdə, Azərbaycan çoxsaylı regional və beynəlxalq təşkilatların üzvüdür. Sizcə, o, bu strukturlarda nə dərəcədə əhəmiyyətli rol oynayır?

-Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, həm də onların bəzilərində sədrlik edir. Mən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından və Qoşulmama Hərəkatından danışıram. Bu, respublikanın dünya birliyi üçün əhəmiyyətini vurğulayır. BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, Azərbaycan müxtəlif cəmiyyətlər və mədəniyyətlər arasında körpü yaradır. Respublika hər il müxtəlif beynəlxalq forumlara - siyasi, humanitar və mədəniyyət forumlarına ev sahibliyi edir. Bakı dəfələrlə ən nüfuzlu idman tədbirlərini qəbul edib.

Azərbaycanın təşəbbüsləri həmişə beynəlxalq əməkdaşlığın inkişafına və çox mühüm dünya miqyaslı məsələlərin həllinə yönəlir. Məsələn, Azərbaycan ötən il dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına başçılıq etməklə, inkişaf etməkdə olan ölkələrin bir sıra böhranlı problemlərinin həllinə kömək edib. Bu il mayın 4-də isə Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. İlham Heydər oğlunun sözləri ilə desək, pandemiyanın bütün dünyanı bürüdüyü bir vaxtda planetin həmrəyliyə və əməkdaşlığa ehtiyacı var.

- Müasir müstəqil Azərbaycan dünyanın iqtisadi reytinqlərində tez-tez yüksək yerlərə layiq görülür. Sizcə, bu uğur nədən qaynaqlanır?

-Təkcə son 15 ildə Azərbaycan Respublikasının iqtisadiyyatı üç dəfə genişlənib. Bunlar rekord göstəricilərdir. Özü də onun xarici borcu ÜDM-nin cəmi 20 faizini təşkil edir. Belə bir fakt da diqqətəlayiqdir ki, dünya ölkələrinin çoxundan fərqli olaraq xarici ticarətdə Azərbaycanın saldosu müsbətdir. Neft-qaz və aqrar-sənaye sahələri, sənaye infrastrukturu səmərəli inkişaf edir. Əlbəttə, belə göstəricilər beynəlxalq reytinqlərdə ölkəyə yüksək mövqe qazandırır.

Hazırda Azərbaycan regionun enerji tələbatını xeyli dərəcədə təmin edən dövlətdir. Potensial nəqletmə gücü 31 milyard kubmetr qaz olan Trans-Anadolu qaz kəmərinin ötən ilin sonunda tam miqyasda işə salınması respublikanı bütövlükdə Avropa üçün də enerji təhlükəsizliyinin qarantlarından birinə çevirib. Azərbaycanın Heydər Əliyevin “Əsrin müqaviləsi”nə əsaslanan, energetikanın uzunmüddətli məqsəd və vəzifələrini müəyyən edən dövlət enerji siyasəti strategiyası respublikanın iqtisadiyyatına sanballı töhfə verməkdə davam edir.

- Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət yetirilir. Siz Respublikanın bu istiqamətdə uğurlarını necə qiymətləndirirsiniz?

-Azərbaycanın uzaqgörən rəhbərliyi “neft erası”nın bitməsindən sonra da ölkənin dayanıqlı inkişafına istiqamətlənib. Artıq indinin özündə respublikanın enerji daşıyıcılarından asılılığı ildən-ilə azalır. Neft sektorundan əldə edilmiş gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişafına yatırılır. Bu ilin birinci rübündə həmin sahələrdə istehsal artaraq artıq rekord səviyyəyə - 23 faizə çatıb. Əlbəttə, koronavirus pandemiyası bu rəqəmlərə təsir edib, lakin Azərbaycan iqtisadiyyatının ölkənin təbii sərvətinə, əlverişli coğrafi mövqeyinə və bütün sahələrdə peşəkarlıq səviyyəsi yüksək olan kadrlara əsaslanan böyük potensialı şəksizdir. Heç şübhəsiz, Azərbaycan həm beynəlxalq layihələrin həyata keçirilməsi, həm də xarici investisiyalar üçün cəlbedici ölkə statusunu qoruyub saxlayacaq.

- İqtisadiyyatın şaxələndirilməsi çərçivəsində respublikada nəqliyyat infrastrukturuna xeyli vəsait yatırılır. Sizcə, hansı layihələr bu baxımdan xüsusilə diqqətəlayiqdir?

-Söhbət təkcə daxili deyil, həm də regionlararası infrastrukturdan gedir. Azərbaycan indinin özündə “Şərq-Qərb” və “Şimal-Cənub” istiqamətlərində tranzit daşımaları səmərəli təmin edir. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin fəaliyyəti, yeni beynəlxalq aeroportların tikintisi və Ələt qəsəbəsində Bakı Dəniz Ticarət Limanı kompleksinin açılışı da nəqliyyat logistikasına xidmət edir. Bütün bunlar Azərbaycanın təkcə Qafqaz regionu üçün deyil, həm də bütün Avrasiyanın ticarət sistemi üçün səmərəli və etibarlı nəqliyyat qovşağı statusu əldə etməsinə imkan verib və dünya iqtisadiyyatında heç bir cərəyan bunu dəyişdirə bilməz.

-Azərbaycanla Rusiyanı həm strateji tərəfdaşlıq, həm də dostluğa əsaslanan humanitar və mədəni əlaqələr birləşdirir. Sizcə, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq nə dərəcədə səmərəlidir?

-Rusiya-Azərbaycan tərəfdaşlığını xarakterizə edərkən, ölkələrimiz arasında qarşılıqlı siyasi anlaşmanın gücləndiyini, bu cür anlaşmanın Vladimir Vladimiroviç Putinlə İlham Heydər oğlu Əliyevin şəxsi əlaqələrini möhkəmləndirdiyini vurğulamaq lazımdır. Bu cür şəraitdə strateji tərəfdaşlıq bütün vacib sahələrdə təzahür edir. Biz bu yaxınlarda qəbul edilmiş yeddi “yol xəritəsi”nin birgə reallaşdırılmasına artıq başlamışıq. 2019-cu ilin yekunlarına görə, Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi artaraq 3,2 milyard dollara çatıb ki, bu da 2018-ci ilin göstəricilərindən 27,4 faiz yüksəkdir. Rusiya ilə onun bütün ticarət tərəfdaşları arasında əmtəə dövriyyəsinin genişlənməsi dinamikası müqayisə edilsə, Azərbaycanla əmtəə dövriyyəsi ən yüksək mövqelərdən biridir. Bu, ikitərəfli münasibətlərimizin inkişafının nəzərə çarpan uğurudur. Siyasətdə səmərəli qarşılıqlı fəaliyyət, qarşılıqlı investisiya yatırımının və əmtəə dövriyyəsinin genişlənməsi Rusiya ilə Azərbaycanın bundan sonra da yaxınlaşmasının və ümumi iqtisadi tərəqqimizin rəhni olacaq.

- Siz Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı üçün ən böyük potensialı iqtisadiyyatın hansı sahələrində görürsünüz?

-Bu, məsələn, birgə neft emalı və tikinti materialları istehsalı ola bilər. Müəssisələrin sözügedən sahələrdə ölkələrimizin tələbatını təmin etmək gücündə olması ilə yanaşı, dünya bazarına istiqamətlənməsi heç də az əhəmiyyətli məsələ deyil. Bundan əlavə, elektrik energetikasında böyük potensial var: Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşməsi yeni imkanlar yaradır.

Hətta bugünkü mürəkkəb epidemioloji şəraitdə də ölkələrimiz ticari-iqtisadi əməkdaşlığı davam etdirməyə imkan tapıblar, onlar təcrid olunmayıblar, beynəlxalq daşımaları dayandırmayıblar. Bu da tərəfdaşlığımızın sabitliyinin və möhkəmliyinin çox mühüm əlamətidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır