İDMAN
“Don Balon”: Kevin De Brüyne “Real Madrid”ə keçməkdən imtina edib
Bakı, 22 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Belçika millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin De Brüyne “Real Madrid”ə keçməkdən imtina edib.
AZƏRTAC “Don Balon” nəşrinə istinadla xəbər verir ki, o “kral” klubunun təklifini “Mançester Siti”də xoşbəxt olduğu və bütün şərtlərin onu qane etdiyi üçün rədd edib.
Cari mövsüm belçikalı “Mançester Siti”nin heyətində 13 oyunda meydana çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərə Premyer Liqasının turnir cədvəlində “şəhərlilər” 56 xalla ikinci pillədədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]