DÜNYA


Donald Tramp Çinə getməyi planlaşdırır

Bakı, 15 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə Çinə səfər etməyi planlaşdırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp bu barədə Ağ evdə Çinlə ticarət sazişinin birinci hissəsinin imzalanması mərasimində çıxışı zamanı məlumat verib. “Mən yaxın gələcəkdə Çinə gedəcəyəm”, - deyə ABŞ Prezidenti bildirib.

Saziş haqqında danışan Donald Tramp onu tarixi sənəd adlandırıb. Əminliklə vurğulayıb ki, bu saziş keçmişin çatışmazlıqlarını aradan qaldıracaq, gələcəkdə iqtisadi ədaləti və amerikalı fəhlələr, fermerlər və ailələr üçün təhlükəsizliyi təmin edəcək.

Sazişin detalları hələ də açıqlanmayıb. Ağ evin Milli iqtisadi şurasının rəhbəri Lourens Kudlou bir qədər əvvəl bildirmişdi ki, ABŞ Pekinin ticarət sazişinin birinci fazasında müəyyən olunmuş öhdəliklərə sadiq qaldığına əmin olmaq üçün Cinin bəzi mallarına rüsumları saxlayacaq. Həmçinin ABŞ-ın maliyyə naziri Stiven Mnuçin məlumat vermişdi ki, sazişin ikinci fazası imzalanana qədər Cin mallarına rüsumlar qüvvədə qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.