İQTİSADİYYAT
Doqquz ayda tikinti materiallarının istehsalı sahəsində 72,2 faiz artım olub
Bakı, 26 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 625,4 milyon manat olmaqla, 72,2 faiz artım olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddətdə betondan yığma tikinti konstruksiyaların istehsalı 2,1 dəfə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 58,1 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 53,1 faiz, tikinti gipsinin istehsalı 46,9 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 36,4 faiz, tikinti kərpicinin istehsalı 22,8 faiz, tikinti əhənginin istehsalı 9,1 faiz artıb, asfaltın istehsalı isə 15,6 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]