MƏDƏNİYYƏT
“Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün onlayn göstərilib
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə onlayn nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
Səhnə əsərində musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.
Qeyd edək ki, “Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.