ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi: elektron sınaq imtahanına qeydiyyat sabah başa çatır

Bakı, 18 yanvar, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək elektron sınaq imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 19-u saat 9-da başa çatacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır. İmtahan AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 19-u saat 10-da keçiriləcək.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 4-də başlayıb. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.