REGİONLAR


Dövlət Komitəsinin sədri: Erkən nikah sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur

Dövlət Komitəsinin sədri: Erkən nikah sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur

Biləsuvar, 6 dekabr, İlkin Adıyev, AZƏRTAC

Bu il dünyada qadınlara qarşı zorakılıq halları daha da artıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Biləsuvarda “Erkən nikahın fəsadları - natamam gələcək” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də erkən nikah məsələsi və onun cəmiyyətdə yaratdığı fəsadlar dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurması onların təhsilinə, bir fərd kimi inkişafına maneə yaratmaqla yanaşı, psixoloji durumlarına da mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmaqla yanaşı, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.