ELM VƏ TƏHSİL
Dövlət Proqramı çərçivəsində 20 ölkəyə aid nüfuzlu ali məktəblərdə 124 doktorant təhsil alır
Bakı, 17 iyun, AZƏRTAC
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ildə keçirilən müsabiqələr nəticəsində 93 nəfər prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına beynəlxalq reytinq cədvəlləri üzrə (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) top 500-də yer alan aparıcı ali məktəblərdə təhsil almaq hüququ qazanıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Dövlət Proqramı çərçivəsində 6 prioritet ixtisas istiqaməti üzrə dünyanın 20 ölkəsinə aid nüfuzlu 62 ali təhsil müəssisəsində 124 doktorant təhsil alır.