ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün 1294 namizəd müraciət edib

Bakı, 3 oktyabr, AZƏRTAC

Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibədə iştirak etmək üçün ərizə verən namizədlərin sayı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sentyabrın 17-də elan etdiyi müsahibəyə 12 dövlət orqanı üzrə ümumilikdə 265 vakant vəzifə çıxarılıb. Oktyabrın 3-nə olan məlumata əsasən, müsahibədə iştirak üçün 1294 namizəd müraciət edib. Ən çox müraciət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (15 yerə 352 nəfər), Dövlət Statistika Komitəsi (84 yerə 329 nəfər) və Maliyyə Nazirliyi (34 yerə 150 nəfər) üzrə qeydə alınıb.

Qeyd edək ki, müsahibədə iştirak üçün namizədlərin qeydiyyatı oktyabrın 17-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.