Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1658-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 51; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 797 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndinə “2-ci maddəsinin” sözlərindən əvvəl “1.4-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.

2. 2.6-cı bəndinə “Qanunun” sözündən sonra “1.4-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin