RƏSMİ XRONİKA
Dövlət və hökumət başçılarının şərəfinə VİDEO
Varşava, 8 iyul, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 8-də Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo tərəfindən NATO Sammiti iştirakçılarının şərəfinə nahar verilib.
Baş nazir xanım Beata Şidlo naharda iştirak edən qonaqları qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Azərbaycan Prezidenti İlham Əliyev, digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və NATO-nun rəsmiləri naharda iştirak etdilər.