SİYASƏT


Drezdendə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcəkdir

Bakı, 10 yanvar (AZƏRTAC). Yanvarın 18-də “Alm.az” Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Drezden şəhərində Azərbaycan xalqının tarixinə Qanlı Yanvar və eyni zamanda, qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcəkdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə soydaşlarımızla yanaşı alman ictimaiyyətinin, o cümlədən Saksoniya parlamentinin deputatları, Drezdendə fəaliyyət göstərən konsulluqların, eləcə də rus, yəhudi, Ukrayna, qazax icmalarının nümayəndələri iştirak edəcəklər.

“Alm.az” Cəmiyyətinin sədri Ağahüseyn Babayev tədbir iştirakçılarına faciənin tarixi, Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş terror aktı barədə məlumat verəcəkdir. Tədbirdə “Azadlığa aparan yollar” sənədli filmi də nümayiş etdiriləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.