Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dunya Miyatoviç minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi üçün Ermənistana çağırışlar etməyə dəvət olunub

Dunya Miyatoviç minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi üçün Ermənistana çağırışlar etməyə dəvət olunub

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə məktub ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Ombudsman aparatından məlumat verilib.

Məktubda deyilir: “Bildiyiniz kimi, Ermənistan və Azərbaycan arasında münaqişə 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən başa çatmışdır. Otuz ilə yaxın davam edən bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altında qalmış və bir milyondan çox azərbaycanlı böyük humanitar fəlakətlə üzləşərək torpaqlarından zorla didərgin salınmışdır.

Fəaliyyətə başladığı ilk vaxtlardan Azərbaycan Ombudsman təsisatı doğma yurdlarına qayıda bilməyən, ölkəmizin müxtəlif bölgələrində məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalan insanların hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar təşkilatınızı mütəmadi olaraq məlumatlandırmışdır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan torpaqlarının işğal olunması faktı açıq şəkildə göstərilərək pislənilir və Azərbaycan ərazisində çox sayda mülki şəxsin didərgin düşməsinə münasibətdə ciddi narahatlıq ifadə olunur. Bu sənədlər işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir və müvafiq beynəlxalq qurumları azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz, şərəf və ləyaqətlə qayıtması prosesində onlara yardımçı olmağa çağırır. Buna baxmayaraq, qeyd olunan qətnamələrin icrası və məcburi köçkünlərin torpaqlarına qaytarılmasında kömək göstərilməsi ilə bağlı tərəfinizdən Ermənistan hakimiyyət orqanlarına hər hansı bir çağırış cəhdinin şahidi olmamışıq.

Hətta Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarında münaqişə nəticəsində torpaqlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlılar qarşısında Ermənistanın öhdəliklərini xatırladır. Məhkəmə vurğulayır ki, Azərbaycanın işğal olunmuş ərazilərində olan erməni və ermənilər tərəfindən dəstəklənən digər silahlılar azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına əngəl törədir.

Ermənistan tərəfindən altı il ərzində girov saxlanılmış Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətini dəfələrlə nəzərinizə çatdırmışıq. Həmin şəxslər doğma torpaqlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz olaraq girov götürülmüş, işgəncə və pis rəftara məruz qalmışlar. Bununla əlaqədar olaraq, müvafiq beynəlxalq qurumlara, o cümlədən sizin təşkilatınıza hesabat və bəyanatlar göndərilmişdir. Təəssüflər olsun ki, sizin tərəfinizdən məsələ ilə əlaqədar hər hansı bir reaksiya verilməmişdir.

Azərbaycanın qeyd olunan beynəlxalq sənədlərə uyğun olaraq, işğal olunmuş ərazilərinin azad edilməsi üçün apardığı əks-hücum əməliyyatları dövründə Ermənistan tərəfindən raket hücumlarına məruz qalan yaşayış məntəqələrində tərəfimdən bir neçə faktaraşdırıcı missiya həyata keçirilmiş və nəticələrə əsaslanan yeddi tematik hesabat hazırlanmışdır. Bu hesabatlar Ermənistanın açıq şəkildə, heç bir fərq qoymadan qadağan olunmuş silahlardan istifadə etməklə yüzlərlə mülki şəxsin ölümünə və yaralanmasına səbəb olan hücumlarını əks etdirir. Gəncə və Bərdədə əhalinin sıx məskunlaşdığı ərazilərin, həmçinin Azərbaycanın fəal hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən digər şəhər və rayonlarının atəşə tutulması uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla günahsız insanların ölümü ilə nəticələnmişdir. Bu əməllər bilavasitə müharibə cinayətləridir. Bu hesabatlar bütün müvafiq beynəlxalq insan hüquqları təşkilatları ilə yanaşı, sizin təşkilatınıza da göndərilmişdir. Ancaq təəssüflər olsun ki, insan hüquqları və humanitar hüququn pozulması hallarına qarşı sizin tərəfinizdən heç bir reaksiya verilməməsinin bir daha şahidi olduq.

Hesab edirik ki, insan hüquqlarının pozulması hallarına münasibətdə uzun müddət davam edən susqunluq, beynəlxalq hüququn tətbiq edilməsində istəksizlik, digər dövlətin ərazi bütövlüyünə qarşı hörmətsizlik təcavüzkarı daha çox insan hüquqları pozuntularına sövq edir. İşğalın təxminən otuz ildir davam etməsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı açıq-aşkar hörmətsizlik bu münasibətin bariz nəticəsidir.

Hesab edirəm ki, siz Avropa Şurası İnsan Hüquqları Komissarı kimi təcavüzkarlıq və dözümsüzlük siyasətinin təhlükələrini gələcək nəsillərə xatırladan bir dərs olaraq yaradılmış Hərbi Qənimətlər Parkı ilə bağlı deyil, Azərbaycanın azad edilmiş ərazilərindəki yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irsin məhv edilməsi, talan olunması və vandalizmə məruz qalması ilə bağlı təəssüf hissinizi bildirməli və bu halları qınamalısınız.

Azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq işarələnməmiş mina yerləşdirilmişdir. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olmuş və ya yaralanmışdır. Bu məsələ tərəfimizdən dəfələrlə əlaqədar beynəlxalq təşkilatlar qarşısında qaldırılmışdır. Bununla belə, daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə hələ də həmin təşkilatlar tərəfindən Ermənistana bu xəritələri təqdim etməsi üçün çağırışlar edilməsini gözləyirik.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəfsiz bir qurum olaraq sizi Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi və insan hüquqlarının pozulması hallarının dayandırılması üçün Ermənistana çağırışlar etməyə dəvət edirəm.

Ədalətlilik və qərəzsizlik prinsiplərinə əsaslanaraq təşkilatınızla insan hüquqlarının müdafiəsi və təbliği sahəsində yaxın əməkdaşlığımıza ümid edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Faktiki hava: Bəzi yerlərdə arabir yağış, Şahdağda isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır