İDMAN


Dünya birinciliyi: Daha bir boksçumuz dörddəbir finala vəsiqə qazanıb

Bakı, 19 aprel, AZƏRTAC

Polşanın Keltse şəhərində təşkil olunan gənc boksçular arasında dünya birinciliyində altıncı günün yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin daha bir üzvü dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Belə ki, ilk döyüşündə Domeniko Vingiquerranı (İtaliya) məğlub edən boksçumuz Murad Allahverdiyev (81 kq) ikinci qarşılaşmada Türkiyə təmsilçisi Kaan Aykutsundan da üstün olub. Təmsilçimiz rəqibi üzərində 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbə qazanıb. O, aprelin 19-da baş tutacaq dörddəbir finalda ukraynalı Denis Salabayla qarşılaşacaq.

Komandamızın digər üzvü Cəlal Qurbanov (60 kq) səkkizdəbir finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, yığmamızın heyətində bundan əvvəl Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Nicat Hüseynov (49 kq) dörddəbir finalda iştirak hüququ qazanıb. Yarışda Azərbaycanı 9 boksçu təmsil edir. Dünya birinciliyi aprelin 23-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.