Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya birliyi ikili standartları kənara qoymalı, Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməlidir

Dünya birliyi ikili standartları kənara qoymalı, Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməlidir

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Vətən müharibəsinin 30-cu gününü yaşayır. Otuz ildir işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq torpaqlarımızın 20 faizini işğal altında saxlamasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına göz yuman dünya ictimaiyyətindən haqqın, ədalətin bərpasını istəyən Azərbaycan bu 30 gündə Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını qətiyyətli əks-hücum əməliyyatları ilə alması nəticəsində həm döyüş meydanında malik olduğu potensial imkanları, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mümkünlüyünü nümayiş etdirir. İşğalçı Ermənistan bu günədək danışıqları imitasiya üçün aparmış, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistanın faşist siyasəti özündə başqa xalqlara və millətlərə kin, nifrət bəsləməyi, başqalarının ərazilərinə göz dikməyi ehtiva edir. Onun bu gün yeni ərazilər iddiası ilə müharibə planını ortaya qoyması da deyilənlərin təsdiqidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində geri çəkilən Ermənistan məğlubiyyəti ilə barışmayaraq mülki əhalini, yaşayış məntəqələrini raket atəşinə tutmaqla faşist siyasətini bir daha təsdiqlədi: “Azğın və xəyanətkar düşmənə sarsıdıcı zərbələr endirilir, ərazilərimiz işğalçılardan təmizlənir. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, eləcə də 100-dən artıq yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımıza böyük inam bəxş edir”.

Baş redaktor onu da əlavə edib ki, özbaşınalıq, rüşvət verib koronavirus adı ilə ordudan yayınma halları, muzdluların, eyni zamanda, əsgər çatışmazlığından yaşlıların və uşaqların döyüşlərə cəlb olunması Ermənistanın ordusunun aydın mənzərəsini yaradır. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı tutarlı faktlar mövcuddur. Həmçinin bu faktlar da təsdiqlənir ki, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatı işğal olunmuş torpaqlarımızda hərbi bazalar qurur və Azərbaycana qarşı vuruşur.

V.Rəhimzadə inkaredilməz olan bu həqiqəti qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır. Bunu hər kəs və bütün dünya bilməlidir: “Ona görə də dünya birliyi ikili standartları kənara qoyub Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkara sanksiyalar tətbiq etməli, işğalçı dövlətin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi beynəlxalq cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Möhtərəm Prezidentimizin müsahibələrində və xalqa müraciətlərində də bu məqam öz əksini tapır ki, əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaqdır”.

Baş redaktor vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin Yaponiyanın “Nikkei”, Fransanın “Figaro” qəzetlərinə, ABŞ-ın “Fox News” televiziya kanalına müsahibələrində, eyni zamanda, Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə, oktyabrın 26-da xalqa müraciətində də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlərin neytrallığı qorumamasına diqqəti yönəldərək bildirib ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz: “Prezident ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bir daha yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirmiş, qərəzli və dolaşıq suallar verən jurnalistə, sözün əsl mənasında, master-klass keçmişdir. Cənab İlham Əliyev Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində Azərbaycanın mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə, səlis izah edir, düşmənin əsassız iddialarını əks-arqumentlərlə yerindəcə ifşa edir”.

V.Rəhimzadə bu fikri də xüsusi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin nüfuzlu beynəlxalq media qurumlarına, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə məxsus mətbu orqanlara müsahibələri Rusiya, ABŞ və Fransa auditoriyasına həqiqətlərin çatdırılmasına bir daha imkanlar yaratmış, işğalçı dövlətə bu günədək verilən dəstəklərin əsl mahiyyətinə işıq salmışdır: “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın TF1 telekanalının Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması nə dərəcə demokratiyanın tələblərinə, beynəlxalq hüquq normalarına uyğundur? Bu hal Fransanın imicinə, söz və məlumat azadlığına böyük zərbədir. Fransa hökuməti “Şarl Ebdo” jurnalını müdafiə etdiyi kimi, TF1 kanalını da müdafiə etməli, azğınlaşmış erməni millətçilərinə, erməni icmasına öz yerini göstərməlidir. Necə olur ki, hansısa mətbu orqanda İslam dini təhqir edilən zaman bütün dünyada milyonlarla müsəlmanın haqlı tələbinə məhəl qoyulmur və bu mövqe söz azadlığı ilə əsaslandırılır, lakin 5-10 min erməninin hikkəsi əsasında ölkənin aparıcı telekanalından birində söz azadlığı boğulur”.

Baş redaktor Fransanın vasitəçiliyə uyğun addım atmadığını önə çəkərək bildirib ki, məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar: “Ermənistan ilə Azərbaycan arasında yaşanan münaqişə nəticəsində beynəlxalq təşkilatlardan tutmuş region və dünya ölkələrinə qədər kimin hansı mövqedə olduğu daha aydın görünür. Atəşkəsin bərpası üçün danışıqlara hazır olduğunu bildirən Fransa sentyabrın 27-dən bu günədək ikili standartlara əsaslanan siyasətini daha qabarıq şəkildə büruzə verir. Fransa erməni diasporunun güclü olduğu ölkələrdən biridir, eyni zamanda, ermənipərəst siyasəti ilə daim diqqətdə olub. Reallıq budur ki, bu gün Prezident Emmanuel Makron ermənilərə hədsiz dərəcədə sevgisi və türk dünyasının iki aparıcı dövlətinə - Türkiyə və Azərbaycana qarşı nifrəti ilə hətta öz sələflərini də kölgədə qoyub. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkə üçün belə addımların atılması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir”.

V.Rəhimzadə Fransanın qeyri-konstruktiv siyasəti ilə bağlı bu məqamı da diqqətə çatdırıb ki, Azərbaycana qarşı hərbi təcavüzün davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə etməklə mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi bir məqamda Fransa parlament nümayəndə heyətinin Ermənistana səfəri təxribat xarakteri daşıyır. Fransanın bu addımı onun vasitəçilik missiyasına ziddir. “Bu kimi faktları xeyli sayda sadalamaq olar”, - deyən V.Rəhimzadə bildirib ki, Fransanın danışıqların bərpasına çağırışları, BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün səylər göstərməsi və sair kimi birtərəfli addımları riyakarlığının göstəricisidir. Dövlətinin, xalqının gələcəyini düşünən ölkə rəhbəri heç zaman beynəlxalq münasibətlərdə belə xaosun yaranmasına çalışmaz. Azərbaycan Ordusu davamlı qələbə xəbərləri ilə Paşinyanla bərabər ona havadarlıq edən Fransa kimi mövqeyi beynəlxalq hüquq normalarına zidd olan dövlətlərin də işğalçı planlarını alt-üst edir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordumuz erməniləri işğal altında olan torpaqlarımızdan qovur və dövlətimizin başçısının dediyi kimi, qovmağa davam edəcək. Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə siyasətçisi Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək