İDMAN


Dünya və Avropa çempionatlarının mükafatçısı portuqaliyalı gimnast Azərbaycana gələcək

Dünya və Avropa çempionatlarının mükafatçısı portuqaliyalı gimnast Azərbaycana gələcək

Bakı, 8 fevral, AZƏRTAC

Portuqaliya millisinin fevralın 18-19-da Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, dünya kuboku yarışlarında Portuqaliyanı dünya və Avropa çempionatlarının mükafatçısı Dioqu Abreu, Pedro Ferreira və Lukas Santos təmsil edəcəklər.

Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.