İDMAN
Dünya yaş qrupları yarışlarında qızlar arasında ikili minibabut üzrə finalçılar müəyyənləşib
Bakı, 28 noyabr, AZƏRTAC
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında qızlar arasında ikili minibabut üzrə finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 15-16 yaş qrupunda finalda Böyük Britaniya idmançısı Mollo Makkenna, ABŞ təmsilçiləri Ava Binkovski, Rozali Txonqphey, Jaklin Kent, Coslin Beyn, rusiyalı Sofiya Tatarova, Elina Terexova və ispaniyalı gimnast Ester Paçeko çıxış edəcəklər.
Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.
Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.