CƏMİYYƏT


Dünyada koronavirusa gündəlik yoluxma hallarında yeni antirekord qeydə alınıb

Bakı, 21 yanvar, AZƏRTAC

Son 24 saat ərzində dünyada koronavirusa 3,7 milyondan çox yoluxma halı qeydə alınıb, bu pandemiya başlayandan bəri ən yüksək gündəlik göstəricidir.

Bunu AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi məlumatlara əsasən bildirir.

Xatırladaq ki, əvvəlki antirekord yanvarın 12-də qeydə alınmışdı: 24 saat ərzində ÜST-yə 3 525 914 yoluxma halı barədə məlumat daxil olmuşdu. ÜST-nin statistikası dövlətlər tərəfindən təqdim edilən yoluxma və ölüm halları barədə yalnız rəsmi təsdiq edilmiş məlumatlar əsasında toplanır. Yoluxma hallarında 325 milyonluq hədd yanvarın 17-də, 300 milyonluq həddi isə yanvarın 8-də qeydə alınıb.

Məlumatları ÜST-yə daxil olan ən çox təsdiq edilmiş yoluxma halı - 67 437 353 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (38 218 773), Braziliya (23 211 894), Böyük Britaniya (15 506 754) və Fransa (14 779 277) yer alıblar. Ən çox ölüm halı - 849 276 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (621 517), üçüncü yerdə isə Hindistan (487 693) qərarlaşıb. Daha sonra Rusiya (324 060) və Meksika (301 789) yer alıblar.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına 629 min 352 yoluxma halı qeydə alınıb, 8 min 564 nəfər həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.