DÜNYA


Dünyada ötən sutka ərzində 11 mindən çox insan koronavirus səbəbindən həyatını itirib

Bakı, 19 may, AZƏRTAC

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 515 mindən çox artıb.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, ötən sutka ərzində 515 min 104 nəfər yeni koronavirusa yoluxub, 11 min 104 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 163 milyon 312 min 429, ölənlər isə 3 milyon 386 min 825 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (33,7 milyon), Hindistan (25,4 milyon), Braziliya (15,7 milyon), Fransa (5,8 milyon), Türkiyə (5,1 milyon) və Rusiyada (4,9 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.