SİYASƏT


Düşmənin atdığı raket və mərmilər Goranboyun Səfikürd kəndində bir neçə evə və inzibati binaya ciddi ziyan vurub FOTO VİDEO

Goranboy, 2 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri Goranboy rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmən rayonun Səfikürd kəndini də atəşə məruz qoyub. Ermənistan ordusunun bölmələrinin atdığı raket və mərmilər bir neçə evə və inzibati binaya ciddi ziyan vurub. Düşmən tərəfindən atılan raket mərmisi kəndin ağbirçəyi Həqiqət Cəfərnicatinin evinə düşüb. Nəticədə ev dağılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Həqiqət Cəfərnicati AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Ötən gün səhər saat 8.30 radələrində düşmən kəndimizi atəşə tutmağa başladı. Həmin vaxt evdə tək idim. Atəş səsi eşidən kimi çölə çıxdım. Elə o an ermənilərin atdıqları mərmilərdən biri mənim evimə düşdü. Xoşbəxtlikdən xəsarət almadım. Amma evim və əşyalarım tam yararsız hala düşüb”.

Həqiqət nənə onu da bildirib ki, ermənilərin mülki əhalini atəşə tutması onları qorxutmur: “Biz düşməndən qorxmuruq. Bizim mərd və qəhrəman balalarımız düşmənin qarşısında dağ kimi dayanıblar. Dövlətimiz sağ olsun, ordumuz sağ olsun. Qarabağı işğaldan azad etsinlər. Biz ordumuza güvənirik. İnşallah, tezliklə düşməni məhv edəcəklər".

Qeyd edək ki, Həqiqət Cəfərnicatinin evinə düşən raket mərmilərinin qəlpələri qonşuluqda yaşayan Vidadi Yusifova məxsus evə də ziyan vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.