RƏSMİ SƏNƏDLƏR


E.İ.Quliyevin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2017-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin