İDMAN


ELÇİN İSMAYILOV CÜDO ÜZRƏ AVROPA ÇEMPİONATININ YARIMFİNALINA ÇIXMIŞDIR

Buxarestdə keçirilən cüdo üzrə qitə çempionatında Azərbaycan idmançısı, ikiqat Avropa çempionu Elçin İsmayılov (66 kq) yarımfinala çıxmışdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, idmançımız ilkin görüşlərdə Bencamin Darbeleti (Fransa), Brayan Daykı (Niderland), Mikloş Unqvarini (Macarıstan) məğlub etmişdir. Azərbaycan cüdoçusu yarımfinalda Andreas Mitterfellnerlə (Avstriya) görüşəcəkdir.

Xatırladaq ki, Avropa çempionatında ölkəmizi daha 6 idmançı - Nicat Sultanov (60 kq), Zarur Paşayev (73 kq), Mehman Əzizov (81 kq), Mövlud Mirəliyev (100 kq), Kifayət Qasımova (57 kq), Nigar Cabbarova (52 kq) təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.