Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ELEKTROENERGETİKA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, “QAZ TƏCHİZATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA VƏ “SU TƏCHİZATI VƏ TULLANTI SULARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 488; 2000-ci il, №7, maddə 498; 2001-ci il, №10, maddə 640; 2003-cü il, №10, maddə 546; 2007-ci il, №8, maddə 769; 2008-ci il, №8, maddə 719, №9, maddə 798; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 183 nömrəli Fərmanı) 1-ci bəndinin beşinci abzasında “12-ci maddəsinin 5-ci hissəsinin birinci və ikinci abzaslarında” sözləri “11-ci maddəsinin 6-cı hissəsinin üçüncü cümləsində, 12-ci maddəsinin 5-ci hissəsinin birinci və ikinci abzaslarında və 13-cü maddəsinin 6-cı hissəsinin dördüncü abzasında” sözləri ilə əvəz edilsin.

2. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 45; 2001-ci il, №12, maddə 755; 2008-ci il, №8, maddə 719) 2-ci bəndinin ikinci abzasında “Qanunun” sözündən sonra “5-ci maddəsinin 3-cü bəndinin üçüncü cümləsində,” sözləri əlavə edilsin və “və 11-ci maddəsinin 3-cü bəndində” sözləri “, 11-ci maddəsinin 3-cü bəndində və 26-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin