İQTİSADİYYAT
ELEKTROENERGETİKA SAHƏSİNDƏ YENİ LAYİHƏNİN HAZIRLANMASI MƏQSƏDİ İLƏ DÜNYA BANKININ MİSSİYASI AZƏRBAYCANDA SƏFƏRDƏDİR
Byorn Hamsonun başçılığı ilə Dünya Bankının missiyası energetika sahəsində layihənin hazırlanması ilə bağlı oktyabrın 27-dən Azərbaycanda səfərdədir.
Bankın Azərbaycan nümayəndəliyindən müxbirimizə bildirmişlər ki, missiya təklif olunan layihənin maliyyə məsələlərini nəzərdən keçirəcək və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) Azərbaycana ayıracağı kreditin variantlarını müzakirə edəcəkdir. Bu kredit BYİB şərtləri ilə Azərbaycana veriləcək ilk kredit olacaqdır.
Missiya həmçinin energetika sektoru üzrə araşdırmanın konsepsiyasını müzakirə edəcək və Dövlət-Özəl İnfrastruktur üzrə Məşvərət Fondunun 3-cü layihəsinin icratına nəzarəti həyata keçirəcəkdir. Müzakirələr İqtisadi İnkişaf Nazirliyi, Yanacaq və Energetika Nazirliyi ilə aparılacaqdır. Missiya Bakıya səfərini noyabrın 4-də başa çatdıracaqdır.