Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ELM SAHƏSINDƏ ÇALIŞAN IŞÇILƏRIN ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

Ölkədə elmin inkişafını stimullaşdırmaq, bu sahədə çalışan işçilərə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram: 1. Dövlət büdcəsinin ¢Elm xərcləri¢ bölməsindən maliyyələşən müəssisə və təşkilatlarda (Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 50 faiz artırılsın. 2. Azərbaycan Milli Elmlər Akademiyasında, elmi tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vəzifə maaşlarına təyin edilmiş əlavələrin məbləği 2 dəfə artırılsın. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 4. Bu sərəncam 2003-cü il iyulun 1-dən qüvvəyə minir. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının prezidenti. Bakı şəhəri, 23 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin