İDMAN
“EYOF Bakı 2019”un cüdo yarışlarının bürünc medalçısı: Arzum Olimpiya çempionu olmaqdır
Bakı, 26 iyul, Leyla Qurbanova, AZƏRTAC
Festivalın final qarşılaşmasında çox həyəcanlı idim. Bəzi səhvlərə yol verdim. Yarımfinal qarşılaşmalarında özümü toparlamağı bacardım. Sevinirəm ki, bu nüfuzlu yarışda medal qazandım. Lakin ən böyük arzum isə Olimpiya çempionu olmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində cüdoçu, XV Avropa Gənclər Olimpiya Festivalında 81 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Məhərrəm İmamverdiyev deyib.
O, yarışlarda azarkeş dəstəyinin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib: “Yarışlarda azarkeş dəstəyini xüsusi qeyd etmək istəyirəm. Bizi dəstəkləyən və bu uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.