DÜNYA


“Efiopiya hava yolları”nın qəzaya uğrayan təyyarəsində ölənlərin 8-i Çin vətəndaşıdır

Pekin, 10 mart, AZƏRTAC

“Efiopiya hava yolları"na məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin 8-i Çin vətəndaşıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə "China Daily" qəzeti Çinin Efiopiyadakı səfirliyinə istinadla məlumat yayıb.

Qeyd edək ki, "Efiopiya hava yolları" şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.