CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər naziri “Holcim Azərbaycan” zavodunda olub

Bakı, 9 yanvar, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və nazirliyin məsul şəxsləri “Holcim Azərbaycan” zavodunda tətbiq edilən texnologiyalar ilə əyani tanışlıq üçün yanvarın 9-da “Holcim Azərbaycan” ASC-nin Qaradağ sement zavodunda olublar. ASC-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı təkər və neft tullantılarının utilizasiyası ilə bağlı şirkətdə olan imkanlar və həllər barədə təqdimat keçirilib. Məlumat verilib ki, bu texnologiya təkcə “LafargeHolcim” qrupuna daxil olan 50 ölkədə yerləşən 180 sement zavodunda tətbiq olunur.

Ötən ilin oktyabr-dekabr aylarında neft tullantıları və yararsız təkərlərlə ilk sınaqlar həyata keçirilib və müstəqil laboratoriya tərəfindən müvafiq analizlər götürülüb. Bu analiz nəticələrinə əsasən alternativ yanacağın (işlənmiş şin və neft şlamı) təkrar emalı zamanı emissiyalar qəbul edilmiş normalardan aşağı olmuşdur ki, bu layihənin ekoloji cəhətdən üstünlüyünü təzahür edir. Daha sonra nazir və nazirliyin əməkdaşları təkər və neft tullantılarının utilizasiyası üzrə aparılan sınaq prosesini müşahidə edib və tətbiq olunan avadanlıqlar ilə zavod ərazisində əyanı tanış oldular. Şirkətin baş direktoru Fredrik Qumbal beynəlxalq təcrübə ilə yanaşı bu prosesləri dünya standartlarına uyğun həyata keçirmək üçün peşəkar yerli kadrların olmasını xüsusi vurğulayıb.

Sement istehsalından əlavə tullantıların idarəolunmasında da qlobal ekspert kimi çıxış edən “Holcim” ölkənin ekoloji mühitinə töhfə verməyə hazırdır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən dünyaca məşhur "Geocycle" brendi altında təqdim olunub.

“Holcim Azərbaycan” 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən “LafargeHolcim Qrup”un üzvüdür. “LafargeHolcim” sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.